29
İncəsənətin istənilən sahəsində sənətkarın
təbii duyma, ölçübilmə qabiliyyəti yaratdı-
ğı əsərin səthində bəzək elementlərini düz-
gün paylaşdırmağa, təsvir vasitələrindən
məharətlə istifadə etməyə, əsərdə bədii-
emosionallıq baxımından ən yüksək
təsvirə nail olmağa imkan verir. Ənənəvi
ornamentlərin dəqiq cərgələri, kompozisiya-
nın hissələri arasındakı üzvi əlaqə, xalçala-
rın mütənasibliyi və s. insana həqiqi mənada
zövq verir. Bütün komponentlərin, ümumi
quruluşun vahid və ardıcıl ritmə tabe olma-
sı xalçada mükəmməl bədii obraz yaradır.
Azərbaycan xalçalarının ornamental tərti-
batı daha rəngarəngdir. Azərbaycan xalça-
ları məişət nümunələrinə, konkret naturaya,
eləcə də simvollara meyil edir, simvolik ob-
razların möcüzəli qüvvəsinə səmimiyyətlə
inanaraq, özünün və yaxınlarının həyatını
təbiətin qara qüvvələrindən, xəstəlik və
bədbəxtliklərdən qorumağa çalışırdı-
lar. Bunun nəticəsində bir çox na-
xışlar simvolik olaraq fövqəladə
(sehrli) xarakter daşımağa
başlayır. Lakin bununla ya-
naşı, əksər təsvirlərin əsasında ətraf mühiti
bədii obrazlarla təsvir etmək cəhdi dururdu.
İlkin rəsmlər ayrı-ayrı dağınıq təsvirlərdən
ibarət olur, zaman keçdikcə mürəkkəb deko-
rativ kompozisiyaya çevrilirdi və şərtiliyə,
motivlərin üslubiyyatına baxmayaraq, güclü
bədii obraza malik idilər. Belə kompozisiya-
lara Azərbaycan xalçaçılığında “Əjdahalı”
kimi tanınan “Xətai” kompozisiyasını da aid
etmək olar.
“Xətai” kompozisiyası Azərbaycan de-
korativ incəsənətinin bütün sahələrində,
xüsusən də xalçaçılıqda geniş tətbiq olunur.
Bu kompozisiyaya XI əsrdən başlayaraq bi-
naların daxili və xarici interyer bəzəklərində
rast gəlinir. XII-XIV əsrlərdə bu kompozisi-
ya kitab tərtibatına nüfuz edir, XV əsrdən
bu günə kimi isə böyük ölçülü xalçaların
ara sahə və geniş haşiyə bəzəyinə daxil olu-
nur. Quruluşuna və bədii dolğunluğuna
görə “Xətai” kompozisiyasını Azərbaycan
ornamentinin “Əfşan”, “Şeyx Səfi”, “Ləçək-
turunc” kimi mürəkkəb kompozisiyaları sı-
rasına daxil etmək olar.
Kompozisiyanın əsasını aşağıdan-yuxa-
1.
Xalça. “Əjdahalı”. Yun. Xovlu. 150x110.
XIX əsrin ortaları. Quba qrupu. Azərbaycan.
2.
Xalça. Qollu-Çiçi. Yun. Xovlu. 174x127.
XIX əsrin sonları. Quba qrupu. Azərbaycan.
3.
Xalça. “Zeyxur”. Yun. Xovlu. 155x104.
XIX əsr. Quba qrupu. Azərbaycan.
3.
1...,21,22,23,24,25,26,27,28,29,30 32,33,34,35,36,37,38,39,40,41,...148