23
toxmaçarlıqların sayını ipəkçiliyin geniş yayıl-
ması ilə əlaqələndirir. İrəvan ərazisi meyvə və
üzüm bağları, müxtəlif növ bağ-bostan bitkiləri,
tərəvəz məhsulları ilə məşhur idi. Dövrün
mənbələrində 1782-ci ilin martında bayazit-
li İsak Paşanın xahişi ilə İrəvandan Bayazitə
yeddi min dinar, iki abbası dəyərində qara
qarpız, göy qarpız, mürsəqulu, xiyar, sürahi,
reyhan, xına tozu, badımcan və s. toxumların
göndərilməsi haqqında danışılır. Üçkilsə məbə-
dinin məxaric dəftərində qeyd edilmiş toxum
adlarının hamısı Azərbaycan türkcəsindədir.
Dövrün mənbələrində bu toxumların adlarının
Azərbaycan türkcəsində yazılması, bu torpaqda
qədim dövrlərdən elə Azərbaycan türklərinin
yaşadığını, onların oturaq təsərrüfatla, xüsusilə
də əkinçilik və kənd təsərrüfatının digər sahələri
ilə məşğul olduğunu, ermənilərin isə bu bölgəyə
sonradan gəldiyini bir daha sübut edir.
Ağrı vadisində Azərbaycanın digər bölgələri
üçün səciyyəvi olan yaylaq, qışlaq maldarlı-
ğı inkişaf etmişdi. Qırxbulaq, Göyçə, Aparan,
Dərəçiçək, Gərnibasar, Vedibasar, Talın mahal-
larındakı otlaqlar heyvandarlıq üçün münbit
şərait yaradırdı. O dövrün mənbələrinin birində
İrəvana Təbrizdən çoxlu karvanların gəlməsinə
dair məlumat verilir. İrəvandan Tiflisə, Ərzu-
ruma, Axalsıxa, Qarsa pambıq, Təbriz, Xoy,
Bayazitə düyü, buğda, arpa və duz aparılırdı.
İrəvan bölgəsinin yolların kəsişməsində yer-
ləşməsi çoxlu sayda körpülərin, karvansara-
ların, zərbxanaların və bazarların olmasına
rəvac verirdi. Ticarət yollarından biri Hindis-
tan, Mərkəzi Asiya və İranı Təbriz və Naxçıvan
İrəvanın mərkəzi meydanı.
Ətrafdakı evlərin hamısı
azərbaycanlılara məxsus olmuşdur.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...148