21
eyni zamanda, dünyaya çıxış obrazı kimi folk-
lorda təcəssümünü tapmışdır. Qədim türklərin
epik nümunələrində Ərgənəkon, Altay, Altun-
tuğ, Altunqan və müqəddəs sayılan digər dağ
adları kimi Ağrıdağı və Ələyəz/Alagöz dağı da
obraz kimi öz ifadəsini tapmışdır. Bu bölgədə
yaranan mif, əfsanə və nağıllarda dağ əjdaha ob-
razı ilə assosiasiya olunur. Hunların, bulqarların
mifik görüşlərində dağın ruhu əjdaha obrazı ilə
təsvir edilir. Bölgənin dağlıq ərazidə yerləşməsi
isə buranın həm də müdafiə, qorunma timsalı
kimi də folklorda özünə yer tutmasına zəmin
yaradır. Yağı bu ellərə ayaq basanda insanların
dağa xitabən söylədikləri ağız ədəbiyyatında
əsas motivlərdən biri də xeyirlə şərin müba-
rizəsidir. Müqəddəs yerlərdən, gerçək tarixi
şəxsiyyətlərdən bəhs edən rəvayətlər, dastan-
lar buradakı əhalinin ümumi türk inancından
bəhrələndiyini, o cümlədən bu dünyagörüşün
bölgə üçün hakim olduğunu göstərir.
İrəvan şəhəri, Vedibasar, Zəngəzur, Dərələyəz,
Ağbaba, Şörəyel, Loru, Pəmbək, Göyçə, Qa-
raqoyunlu, Şəmşəddin kimi bölgələr Qərbi
Azərbaycanın tərkib hissəsi olmaqla bərabər,
digər mahallarla da sıx əlaqədə olmuşdur.
Böyük ticarət yollarının üzərində olan bu
bölgəni Osmanlı dövləti ilə, şimali və cənubi
Azərbaycanla, Borçalı mahalı ilə ayrılmaz tellər
bağlamışdır. Şəmşəddin, Qaraqoyunlu və Göyçə
mahallarında yaşayan türklərin adət-ənənə,
məişət baxımından, Gəncəbasarın yerli əhalisi ilə
demək olar ki, eyni olması tarixi faktdır. Tarixən
Qarabağ xanlığının tərkib hissəsi olan Zəngəzur
mahalı adətlərinə, məişətinə görə Qarabağ
türkləri ilə eynilik təşkil etmişdir. Bu ərazinin
qərb hissəsi Anadolu türkləri ilə qaynayıb-qa-
rışmış, onlarla sıx əlaqədə olmuşdur. İrəvan,
Zəngibasar kimi ərazilərin Güney Azərbaycanın
Təbriz, Xoy, Maku kimi şəhərləri ilə bağlılı-
ğı, əlaqələri də bir faktdır. Bu istər şivələrdə,
istərsə də sənətkarlıq nümunələrində, adətlərdə
özünü qabarıq şəkildə göstərir. Zəngin mədəni
irsi, folkloru, ədəbiyyatı və musiqisi ilə seçilən
bu bölgə bütöv Azərbaycan mədəniyyətinin
tərkib hissəsidir. Ayrı-ayrı bölgələrin keçdiyi
tarix, mədəni irs, toponimlər də onun ümumi
Azərbaycan tarixi və mədəniyyəti ilə birbaşa
bağlılığını göstərir.
3.
4.
1.
Xalça. Yun. Xovlu. 198x131. h. 1276 (1855),
İrəvan qrupu, Üçkilsə, Qərbi Azərbaycan.
2.
İrəvanda azərbaycanlılara məxsus bədii parça nümunələri.
3.
Xalça. Yun. Xovlu. 227x168. h. 1272 (1851),
İrəvan qrupu, Vedibasar, Vedi, Qərbi Azərbaycan.
4.
At çulu. Yun. Xovsuz. 193x161. h. 1291 (1870),
İrəvan qrupu, Dərələyəz, Keşişkənd, Qərbi Azərbaycan.
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...148