28
İlkin inkişaf mərhələsində sadə, bəsit for-
mada yaranan naxış və kompozisiyaların
elementləri bədii təfəkkürün təşəkkülü
prosesində tədricən inkişaf edir, təkmilləşir
və istedadlı xalq sənətkarlarının novatorlu-
ğu, fərdi ustalıqları sayəsində incəsənətin
müstəqil sahəsinə çevrilirlər. Dekorativ-
tətbiqi incəsənətin hər bir sahəsində bu və ya
digər element və kompozisiya, ilk növbədə,
bəzədiləcək əşyanın səthinin hamar (par-
ça, xalça) və ya qabarıqlığı (daş və kerami-
ka), məişətdəki təyinatı, hətta bərkliyi və ya
yumşaqlığı ilə diktə edilir.
İdeal sıxlığa və mütənasib ölçülərə malik
xalçalarda istənilən kompozisiya tətbiq edilə
bilər. Azərbaycan xalçalarının dəyəri onla-
rın kompozisiya quruluşunun müxtəlifliyi,
dekorativ-ornamental bəzəklərinin motiv
zənginliyindədir.
Azərbaycanın dünya ticarət yolları qovşa-
ğında olması, qonşu ölkələrlə geniş mədəni,
tarixi, iqtisadi əlaqələr də burada toxu-
nan xalça ornamental bəzəklərinə çox təsir
göstərmişdir. Azərbaycanın təbii-coğrafi
şəraiti də xalça kompozisiyalarının or-
namental zənginliyinə təsir göstərmişdir.
Sənətkarlar öz xalçalarında yerli flora və
faunaya məxsus formaları təsvir edirdilər.
Kompozisiya və ornamental formala-
rın müxtəlifliyində qədim Azərbaycan
əhalisinin etnomədəni həyatının da rolu ol-
muşdur.
Məlum olduğu kimi ta qədim zamanlar-
dan bu günə kimi Yaxın və Orta Şərqdə, o
cümlədən Azərbaycanda toxunan xalçaların
özünəməxsus kompozisiyaları vardır.
Hər bir bölgədə xalçaçının özünəməx-
sus dünyagörüşü, ornamentsalma və bədii
işləmə üslubları vardır. Bununla yanaşı,
onların ümumi üslub baxışları da zaman-
zaman təkmilləşmişdir. Nəsildən-nəslə
ötürülən bu bədii xüsusiyyətlər Azərbaycan
xalçalarının xüsusi üslub, icra texnikası və
tərzini qoruyub saxlamışdır.
Azərbaycan xalçalarının naxış həlli
buradakı sənətkarların heyrətamiz
dərəcədə kompozisiyaya yiyələn-
mə, rəng uyğunluğu və harmo-
niyasını dərindən hissetmə
məharətindən xəbər verir.
1.
2.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...148