22
Rəngarəng və zəngin təbiətə malik olan Qərbi
Azərbaycan, əsasən, dağlıq və dağətəyi bölgə
hesab olunur. Bol sulu çaylar, çəmənliklər
bu ərazini xüsusilə heyvandarlıq üçün yarar-
lı etmişdir. Altı iqlim zolağı bu bölgəyə xüsusi
rəng və çalar verir. Vedi və Qəmərli, Əştərək
bölgələri zəngin bağları, üzümlükləri, Mehri
ərazisi subtropik meyvələr ilə seçilirdisə, qa-
lan ərazilər daha çox alp çəmənlikləri və dağ
bitkiləri ilə məşhurdur. Əsasən, palıd, vələs, çi-
nar, armud, alma, gilas, qoz, zoğal və alça ağac-
ları ilə zəngin olan meşə örtükləri ilə yanaşı,
bu yurd yerinin çöllərində yovşan, rəngarəng
bitkilər, qayalarında isə cürbəcür kollar bitirdi.
Relyefin mürəkkəb və çoxcəhətli olması onun
bitki aləmini də təkrarsız edirdi. Yüksək dağ və
rəngarəng güllər, çiçəklərlə min bir rəngə çalan
alp çəmənlikləri özlüyündə, sanki böyük bir xal-
ça timsalı idi. Bu amillər istər heyvandarlığın,
xüsusilə də qoyunçuluğun inkişafını, istərsə də
təbii boyaqların alınmasını şərtləndirirdi.
Bu ərazidə yaşayan azərbaycanlıların məişə-
tində xalça və xalça məmulatları əsas yer tu-
tur. Qərbi Azərbaycanda müxtəlif ölçülü xalça-
larla, kilimlərlə bərabər, namazlıqlar, çullar və
digər toxunma məmulatları da var idi. Zəngin
təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar
vermiş, onun rəng kompozisiyasının həllinə
çoxçeşidli boyalar bəxş etmişdir. Al-əlvan bo-
yalar bu bölgənin xalçalarını digərlərindən
fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların na-
xış-kompozisiya seçimində də yerli əhalinin
təsəvvürü, mifik görüşləri, inancları mühüm
yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini
tapmışdır. Mifoloji quşlar, heyvanlar, həmçinin
dünyaya yanaşma tərzindən irəli gələn semantik
elementlər bu bölgənin xalçaları üçün spesifik
idi. Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri
ilə sıx əlaqəsi duyulan İrəvan xalçalarının bu
ərazidə yaşayan insanların əsas düşüncə və
hislərinin müstəvisi kimi çıxış etdiyini söyləmək
olar.
İrəvan xanlığı və onun bölgələrinin Azərbay-
can xanlıqları, eləcə də bir çox xarici ölkələrlə
geniş ticari əlaqəsi olmuşdur. 1782-ci ildə
İrəvanda olan rusiyalı Reyneks buranın pambıq
parça, ipək, yazlıq buğda, şərabla bol olduğu-
nu söyləmişdir. Burada, həmçinin çəltik isteh-
salı, küncüt, kətan əkilib-becərilirdi. İ.Şopen
İrəvanda olarkən xanlığın ərazisində gördüyü
Kilim. Yun. Xovsuz. 302x193. h. 1292 (1871),
İrəvan qrupu, Şörəyel, Gümrü şəhəri, Qərbi Azərbaycan.
Kilim. Yun. Xovsuz. 340x173. h. 1292 (1871),
İrəvan qrupu, Talın mahalı, Qərbi Azərbaycan.
1...,14,15,16,17,18,19,20,21,22,23 25,26,27,28,29,30,31,32,33,34,...148