16
Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva deyib:
- Müstəqillik dövründə Fransa-Azərbaycan
əlaqələri hərtərəfli inkişaf etmişdir. Siyasi
əlaqələrimiz çox yüksək səviyyədədir. Bu ilin
sentyabr ayında Azərbaycanın və Fransanın
dövlət başçılarının görüşü bu münasibətlərin
strateji xarakterini bir daha təsdiqlədi.
Biz beynəlxalq arenada qarşılıqlı anlaşma
əsasında əməkdaşlıq edirik. Ötən il ölkəmizin
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu
əlaqələri tamamilə yeni yüksək səviyyəyə çı-
xardı.
Ermənistan-Azərbaycan, Dağlıq Qa-
rabağ münaqişəsinə toxunan Meh-
riban Əliyeva münaqişənin həllinin
Azərbaycan-Fransa gündəliyində üs-
tünlük təşkil etdiyini vurğuladı. Bildirdi
ki, ölkələrimiz arasında iqtisadi əlaqələr
də sürətlə inkişaf edir. Qarşılıqlı ticarət
dövriyyəsi 4 milyard avroya yaxınlaşıb
və bu gün Azərbaycanda 30-dan çox fran-
sız şirkəti fəaliyyət göstərir.
Azərbaycanın birinci xanımı ölkələri­miz
arasında inkişaf edən mədəni-huma­nitar
əməkdaşlığın da uğurlu olduğunu dedi.
Mehriban Əliyeva ümidvar olduğunu
bildirdi ki, Azərbaycan-Fransa əlaqələri
gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Fransa Senatının Fransa-Qafqaz dost-
luq qru­pu­nun sədri, senator Ambruaz
Düpon mərasimdə çıxış edərək bildirib
ki, ölkələrimizin ikitərəfli əlaqələri 20
ildə böyük inkişaf yolu keçmişdir. Amb-
ruaz Düpon Prezident İlham Əliyevin
Fransaya
səfərlərinin
ölkələrimizin
münasibətlərində yeni səhifə açdığını
söyləyib. Hazırda Fransa-Qafqaz dostluq
qrupuna 30 senatorun daxil olduğunu
deyən Düpon Mehriban Əliyevanın Mil-
li Məclisdə Azərbaycan-Fransa dostluq
qrupunun rəhbəri kimi mühüm fəaliyyət
göstərdiyini vurğulayıb.
Ambruaz Düpon Heydər Əliyev Fon-
dunun Prezidenti Mehriban Əliyevanın
mədəniyyət sahəsində əlaqələrin in-
kişafına verdiyi töhfələrin də yüksək
qiymətləndirildiyini bildirib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Azər­
baycan Dövlət simfonik orkestri və Fran-
sanın Kolonn orkestri əməkdar artist
Fəxrəddin Kərimovun dirijorluğu ilə
Azərbaycan və Fransa bəstəkarlarının
əsərlərini ifa edib.
Konsertdə Fransanın dövlət və höku­
mət rəsmiləri, tanınmış ictimai-siyasi
və mədə­niyyət xadimləri, ictimaiyyətin
nüma­yəndələri iştirak ediblər.
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...148