12
“Azərbaycan-Fransa əməkdaşlığı təqdirə­la­
yiqdir. Biz Azərbaycanın mədəni zənginliyinə
böyük ehtiram bəsləyirik”. Bu sözləri isə Reyms
şəhərinin meri xanım Adelin Hazan dedi. O,
Azərbaycan ilə Reyms arasında mədəni və iq-
tisadi əməkdaşlığın inkişaf edəcəyinə ümidvar
olduğunu vurğuladı.
Sərgidə ölkəmizin qədim və zəngin tarixinə,
mədəniyyətinə dair eksponatlar nümayiş etdi-
rilib. Azərbaycan xalçaları buradakı ekspozi-
siyanın ən qiymətli inciləri sırasında idi. Milli
xalçaçılığımızın bütün istiqamətlərinin təmsil
olunduğu sərgidə yaşı yüz illərlə ölçülən xalça
və xalça məmulatlarının geniş çeşidi təqdim olu-
nub. Xalq incəsənətinin bütün istiqamətlərinə
dair nümunələrin, misgərlik məmulatlarının,
şəbəkələrin, Azərbaycan milli geyimlərinin, mil-
li musiqi alətlərimizin təqdim edildiyi sərgidə
Heydər Əliyev Fondunun xətti ilə nəşr olunan
və ölkəmizin təbliğinə xidmət edən kitab və
bukletlər, fransız dilində nəşr olunan ədəbiyyat
toplusu da maraqla qarşılanıb.
Oktyabrın 19-da axşam Reyms Konservatori-
yasında xalq artisti Teymur Göyçayevin dirijor-
luğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət
kamera orkestrinin konserti olub.
Bu konsert ölkəmizin həmmilli dəyərlərə, həm
də müasir meyillərə eyni dərəcədə hörmətlə ya-
naşdığını nümayiş etdirdi. Tamaşaçılar isə bu
vəhdəti milli musiqimizin maraqlı interpretasi-
yalarında hiss etdilər. Özünəməxsus ovqatı ilə
seçilən bu gecə Reyms tamaşaçısında heç vaxt
unudulmayacaq xatirəyə çevrildi.
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...148