24
vasitəsilə İrəvan xanlığına bağlayan
karvan yolu idi. Bu yola Ərzurum
yolu və ya Bəzirgan yolu da deyirdilər.
İrəvandan Ərzuruma gedən digər kar-
van yolu Aparan və Alagöz dağının şi-
mal ətəyindən keçib Qarsa, oradan da
Həsənqalaya yetişir, sonda ana xəttə
qovuşurdu. İrəvandan Tiflisə gedən
karvan yolu Üçkilsə, Sərdarabad, Ha-
mamlı, Calaloğlu və Şulaverdən də
keçirdi. XVII əsrdə fransız səyyahı
J.Şarden bu yolun uzunluğunun İrə-
van-Ağstafa yolu qədər olduğunu
yazırdı. J.Şarden bu yolun üstündə
yerləşən yaşayış məntəqələrinin adını
da qeyd etmişdir. İrəvandan Ağstafaya
gedən yolda Bjni, Keşikkənd, Dəlican,
Qaradaş, Məlikkənd, Körpükənd ya-
şayış məntəqələri yerləşirdi. İrəvan
bu yolla Gəncə ilə əlaqə saxlayır, Şamaxıda isə
Azərbaycanın Rusiyaya gedən əsas ticari yoluna
bağlanırdı.
İrəvanın ərazisində olan mahallarda abidələr
üzərindəyazılar, qayaüstü təsvirlər, daşlarahəkk
olunmuş simvollar əhalinin həyat tərzindən,
məişətindən xəbər verir. Azərbaycanın digər
bölgələrindəki abidələrə kifayət qədər oxşar
olan bu nümunələrdə türk-oğuz boylarının dam-
ğaları, bəzən isə adları dəqiqliklə təsvir edilmiş-
dir. Zəngəzur bölgəsində - Qarakilsədə eramız-
dan əvvəl II əsrə aid olan tikili qalıqları qoşundaş
kimi tanınırdı ki, bu da qədim türklərin bir çox
yaşayış məskənlərində rast gəlinən abidələrinə
bənzəyirdi. Zəngəzurun Urud kəndindəki
Babək qalası, kurqanlar, qədim körpü, qəbirüstü
abidələr, qoç heykəlləri, Ağdu kəndindəki
VII yüzilliyə aid olan türk ornamentləri ilə
bəzədilmiş 9 metr hündürlüyündə olan qəbi-
rüstü abidə, Qırmızıtəpədə Qala divarlarının qa-
lıqları, Göyçə gölü sahilində Kolagirən qalasının
xarabalıqlarında mixi yazılar, qarqarlara məxsus
Gərni qalası və onun xüsusi xəttatlıqla işlənmiş
naxışlar və ornamentləri, Üçkilsə ərazisində IV
yüzilliyə aid tikililər abidə, mixi yazılarla zəngin
olan Göy mələkləri məbədi, Qalınca, Anaqala,
Qanlıca, Keçorus, Goş, Qıpçaq ocağı, Ərgəz piri
və saysız-hesabsız digər abidələr bu yurd yeri-
nin qədimliyindən xəbər verir.
İrəvan xanlığından da əvvəlki dövrlərdən baş-
layaraq burada dekorativ tətbiqi sənət sahələri
arasında xalçaçılıq xüsusi yer tutmuşdur. Naxış
kompozisiyasına görə Qazax, Qarabağ və Təbriz
xalçaçılıq məktəblərinə daha yaxın olan İrəvan
xalçaçılıq məktəbinin nümunələri zaman-za-
man xarici ölkələrə daşınmış, erməni kolleksiya-
çılarının sərvətinə çevrilmişdir. Bu gün erməni
xalçası kimi təqdim edilən bu incilər azər-
baycanlı ilmə ustaları tərəfindən toxunmuşdur.
Xalça, kilim, palaz, şəddə, eləcə də digər toxu-
culuq məmulatlarının meydana gəlməsi tarixən
qoyunçuluqla məşğul olmayan ermənilər üçün
xarakterik deyildi.
Xalq yaradıcılığının geniş yayılmış növlərin-
dən biri də tikmədir. İrəvan xanlığına məxsus
olan bədii tikmə nümunələrindən ikisi hazır-
da Milli Azərbaycan Tarixi Muzeyində saxla-
nılır. 1827-ci ildə ruslar İrəvan şəhərini zəbt
edərkən qənimət kimi götürdükləri İrəvan xan-
lığının bayraqları bədii tikmə sənətinin nadir
nümunələrindən hesab olunur. Tarixi faktlar
təsdiqləyir ki, vaxtilə İrəvanın düz mərkəzində
yerləşən Şiləçi məhəlləsində boyaq bitkilərindən
al-əlvan rənglər alınmış, basma naxışlı parçalar
istehsal edilmişdir.
Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmşəd-
din, Aparan, Talın, Əştərək, Ərzin, Axtı, Qırmızı
kənd, Basarkeçər, Kəvər, Sərdarabad, Üçkilsə,
Dərələyəz, Vedi, Qəmərli, Zəngibasar, Soylan
kimi bölgələri olduqca müxtəlif və rəngarəng
xalçaları ilə seçilirdi. Ümumilikdə, Qərbi Azər-
baycanın ərazisində yaşayan azərbaycanlıların
zəngin mədəniyyəti, ədəbiyyatı, folkloru qonşu
Xalça. Yun. Xovlu. 158x127. h. 1280 (1859), İrəvan qrupu,
Dərələyəz, Soylan, Qərbi Azərbaycan.
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...148