113
otun 87-37%-ni yemişdir. 25-ci gündən sonra isə
verilən otun yalnız 13%-dən istifadə etmişdir. 46-cı
gündən sonra yemdən tamamilə imtina etmişdir. Bi-
rinci 11 sutkada dəvə sürətlə arıqlamış, sonra arıqla-
ma az müşahidə olunmuşdur. Dəvə susuz saxlandı-
ğı 46 gündə 99 kiloqram arıqlamışdır. Artıq dəvənin
susuzluğa dözə bilmədiyi müşahidə olunmuşdur.
46-cı sutkanın tamamında dəvəyə birinci gün 4 l, 2-ci
gün 12 l, 3-cü gün 36 l, 4-cü gün 27 l su verilmişdir.
5-ci gün dəvəyə sudan sərbəst istifadə etməyə imkan
verilmiş, o yalnız 5 litr su içmişdir. 6-cı gün tamam
olduqda dəvə itirdiyi çəkisinin 94 kiloqramını bərpa
etmişdir. A. Q Bestujev ikinci təcrübəni yayda ikiyaş-
lı iki erkək ikihörgüclü dəvə üzərində aparmışdır.
O, dəvələri 16 gün susuz saxlamış və təzə biçilmiş
otla yemləmişdir. 16 gündən sonra dəvələri suvarıb
sürüyə qatmışdır. 5 gündən sonra dəvələr təcrübə
müddətində itirdiyi 100 kq çəkisini bütünlüklə bərpa
etmişdir. Xilda Qote Piltersin müşahidəsinə görə çox
qəribə su içmə qabiliyyəti olan dəvə “10 dəqiqəyə öz
çəkisinin üçdə biri qədər su içir. Bir dəfəyə 130l su
içən dəvələr vardır. Bəziləri isə bir neçə saat ərzində
200l su içir, sonra 1 həftə suya yaxın getmir. Dəvə
yayda gündə 120-140l su içir”.
Dəvələrin susuzluğa və istiyə dözümlülüyündə
onların bədənində temperaturun dəyişkən olması-
nın da mühüm rolu vardır. Dəvənin bədənində tem-
peratur gecə, sərin havada 34 dərəcəyə qədər enir,
gündüzlər isti havada isə 42 dərəcəyə qədər qalxır.
Susuz dəvələr 60-70 kilometrlik məsafədə suyun ol-
duğu səmti asanlıqla duyub tapırlar.
Dəvəçilik təsər­rüfatı­nın artırılması və inkişaf etdi­
rilməsində seleksiya işinin düzgün təş­ki­lininmühüm
əhəmiyyəti vardır.
Cütləşmə zamanı
erkək dəvə­lər qızır və təhlükəli olurlar. Nəzarətsiz
qaldıqda sürüdəki erkək dəvələr hətta bir-birini
öldürür. Erkək dəvələr bu zaman həmçinin adam
üçün də təhlükəli olurlar. Qızmış dəvəni nisbətən
sakitləşdirmək üçün irtməyini iplə çəkib hörgücünə
və ya cahaza bağlayırlar.
Dəvələrdə çütləşmə düzgün təşkil edilmədikdə
alınan nəsil də səmərəsiz olur. Ona görə də cütləşmə
ərəfəsində törədici kimi istifadə edilməyən nər və
balxını sürüdən ayırıbmüvəqqəti bağlama şəraitində
saxlayırlar. Törədici kimi ancaq lök və buğurdan
istifadə olunur. Erkək dəvələrdən 4-5 yaşdan sonra
törədici kimi istifadə olunur. Dişi dəvələr 3 yaşından
cütləşirlər. Dişi dəvələrdə cütləşmə imkanı ilin bü-
tün fəsillərində olduğu halda erkək dəvələrdə ancaq
müəyyən müddət qızmış vəziyyətdə qaldıqdan son-
ra yaranır. Dəvələrdə cütləşmənin və dölünmövsüm-
lüyü də məhz bununla əlaqədardır. Azərbaycanda
dəvələrin cütləşmə mövsümü fevral-mart ayları
1...,105,106,107,108,109,110,111,112,113,114 116,117,118,119,120,121,122,123,124,125,...147