112
çətinlik çəkən sarvan qatarın başında gedən dəvəyə
sərbəstlik verirdi. Dəvə asanlıqla gediləcək yolu ta-
pırdı. Elə buna görə də dəvə ilə bağlı zərb-məsəldə
deyilir: “karvanı sarvan əyər”.
Rəvayətə görə “çahargah” muğamı karvanda zın-
qırov səsinin ahəngindən yaranmışdır. Bu ilk baxış-
da bir qədər qəribə görünsə də görkəmli fransız yazı-
çısı A. Dümanın binici dəfə karvanda zınqırov səsini
eşidəndə onu ecazkar musiqiyə bənzətməsi ada-
mın şübhəsini aradan qaldırır. Görkəmli
Azərbaycan bəstəkarı S. Hacıbəylinin
“Karvan” simfoniyasında dəvə ilə
bağlı xalq inamları, sevgisi və du-
yumları musiqi dilinə çevrilmiş-
dir.
Min illər ərzində Avrasiya
materikinin, Afrika qitəsinin
birinci dərəcəli yük nəqliyyat
vasitəsi,
iqtisadi-mədəni
əlaqələrin qurulmasında başlıca
rol oynamış dəvə istiyə-soyuğa
çox dözümlü olub, yemləməyə az
tələbkar, susuzluğa çox davamlıdır.
Uzaq səfərlərə yükdaşıma zamanı o, itir-
diyi çəkini qısamüddətli yemləmə və istirahət
zamanı bərpa edə bilir. Yemə qarşı acgöz, qarınqu-
lu deyil. Sanki qismətinə qane olur. Digər ev hey-
vanlarından fərqli olaraq dəvə örüşdə otlayarkən
sıx gəzmir, dağınıq otlayır. Çox uzaq görmək
qabiliyyəti olan dəvə örüşdə ona lazım olan otu se-
çib, ancaq öz payını götürür. Hətta ac olanda belə
bitkini bütöv yemir, ondan müəyyən hissəni qopar-
maqla kifayətlənir. Dəvələr yalnız gündüz otlayırlar,
gecələr bir yerə toplaşıb gövşəyir və ya uzanıb yatır-
lar. Uzun müddət dəvə üzərində müşahidə aparmış
fransız ekoloqu ve etoluqu Xilda Qote Pilters yazır:
“Dəvə heç bir heyvana bənzəmir. O, sanki hər şeyi
ölçüb-biçməyi bacarır”.
Elmi tədqiqatlar göstərir ki, dəvə otlaq şəraitində
daha tez kökəlir, yaxşı inkişaf edir. Bağlama
şəraitində saxlandıqda onun diri çəkisinin hər yüz
kiloqramı üçün bir yem vahidi qida norma he-
sab olunur. Dəvələr əsasən tikanlı kol və
şorakət bitkilərlə qidalanır.
Dəvələrin su ilə qidalanmasının
özünəməxsusluqları və qəribəlikləri
var. Orta hesabla yaşlı dəvə üçün
gündə 25-30 litir su norma he-
sab olunur. Lakin dəvələr uzun
müddət susuz keçinə bilirlər. Bəzi
tədqiqatçılar bunu dəvənin yedi-
yi otların tərkibində suyun çoxluğu
ilə izah edirlər. Belə güman edirlər
ki, dəvənin yediyi birillik və şoran
bitkilərin 80%-i sudan ibarətdir. Bu
bitkilərlə qidalanan dəvə gündə 30 litrə
qədər su qəbul etmis olur.
Xilda Qote Pilters göstərir ki, 6-7 ay səhrada
susuz keçinən dəvə məhz yediyi otlarla suya
olan tələnbatını ödəyir. Onun müşahidəsinə görə 47
dərəcə istidə belə dəvə 10-12 gün susuz qala bilir.
Dəvələr hətta şor su belə içə bilir. Dəvələrin susuz-
luğa dözümü haqqında A. Q. Bestujevin apardığı
təcrübə xüsusilə maraqlıdır. O, yeddi yaşlı axta bu-
ğuru qışda 46 gün susuz saxlamışdır. Dəvəyə hər
gün 8 kiloqram ot verilmişdir. Dəvə 25 gün verilən
Şəddə. Yun. Xovsuz.
XIX əsrin ortaları.
Naxçıvan qrupu.
Azərbaycan.
1...,104,105,106,107,108,109,110,111,112,113 115,116,117,118,119,120,121,122,123,124,...147