115
olduğundan döl aprel-may aylarına düşür. Birhör-
güclü dəvələrdə boğazlıq 390 gün, ikihörgüclülərdə
400-410 gün davam edir. Köşəklər orta hesabla 35-
40 kq çəkidə doğulurlar. Köşəklərin ilkin lazımi
qaydada bəslənməsi onun gələcək inkişafında xü-
susi əhəmiyyət kəsb edir. Köşəyi mayalanıb, bədəni
möhkəmlənib sərbəst gəzənə qədər soyuqdan qoru-
yur, bədəninin mütənasib böyüməsi qayğısına qalır-
lar. Dəvə yeganə ev heyvanıdır ki, doğarkən balasını
yalamır. Odur ki, doğulan kimi köşəyi təmizləyib,
qurulayıb əmizdirib, sonra düz yerdə yatırdıb, isti
materialla üstünü örtüb, üzərinə cahaz keçirib bir
neçə gün bu vəziyyətdə saxlayırlar. Bunda məqsəd
köşəyi soyuqdan qorumaq, bədəninin mütənasib
böyüməsi qayğısına qalmaq və güclü olmasını təmin
etməkdir. Dəvənin iki qabaq qolları arasındakı qara,
dairəvi nahiyə "zindan" adlanır. Əgər köşəkdə
zindan öz yerində düz bərkiməsə, bu, gələcəkdə
dəvənin zəif olmasına səbəb olur. Köşəyi düz yerdə
yatırmaqla zindanın mütənasib bərkiməsini təmin
edirlər. Elə ki zindan lazımınca bərkidi, köşək sərbəst
yeriyə bilir və onu anasının yanına buraxırlar. İki
ildənbir doğan ana dəvə ömrü boyu 15-20 bala verir.
Dəvələrdə inkişaf və böyümə digər ev heyvanları
ilə müqayisədə çox sürətli olur. Adi otlaq şəraitində
yemlənən köşəklərin çəkisi 4-5 aylıqda 140-160 kiloq-
rama, bir yaşı tamam olduqda isə 220-270 kiloqrama
çatır. 15 aylıqda ikihörgüclülərin çəkisi 310 kiloqra-
ma, nərlərin, həmçinin bütöv mayanın çəkisi 390-410
kiloqrama çatır. 3-4 yaşlı dəvələrin çəkisi orta hesab-
la təxminən 800-900 kiloqram olur. Erkək dəvələrin
çəkisi 1300 kiloqrama qədər çata bilir.
Yaşına görə dəvələr aşağıdakı kimi adlanır:
6 aylığına kimi köşək, 6 aylıqdan bir yaşına kimi
daylaq adlanır. Bir yaşdan hər yaş bir tük hesab edi-
lir.Yəni bir tük, iki tük, üç tük və s. Bir tük maya, beş
tük buğur, səkkiz tük balı və s.
Adi otlaq şəraitində bəslənən 4-5 yaşlı dəvə orta
hesabla 450-500 kq ət verir. Köklüyündən asılı ola-
raq dəvənin ət çıxarı 50-60% arasında dəyişir.Dəvə
əti kimyəvi tərkibinə görə də iribuynuzluların
ətindən zəngindir. Dəvə ətinin digər müsbət cəhəti
ondan ibarətdir ki, dəvə qocaldıqda belə, əti yum-
şaq olur. Dəvə ətindən bütün ət xörəkləri hazırlanır.
Lakin Azərbaycanlıların məişətində dəvə ətindən
hazırlanan qutab, küftə və lüləkabab daha yüksək
qiymətləndirilir. Dəvə ətindən bütün ət istehsalı
sənayesi müəssisələrində istifadə etmək mümkün-
dür.
Azərbaycan xalq təbabətində dəvə əti ciddi
müalicəvi əhəmiyyətə malik vasitə kimi istifadə
olunmuş və olunmaqdadır. Dəvə əti bədənə istilik ve-
rir, bədən orqanlarını qüvvətləndirir, sarılıq, şəkərli
diabet, sonsuzluq, cinsi zəiflik kimi xəstəliklərin də
müalicəsində təsirli dərman vasitəsi kimi istifadə
olunur. Ağ ciyərin təpitməsi üzdəki ləkələri aparır.
Dəvə həmçinin yüksək keyfiyyətli süd məhsulları
vermək imkanına da malikdir. Dəvənin sa-
ğım müddəti orta hesabla on səkkiz aydır. Süd
məhsuldarlığına görə dəvə cinsləri arasında fərq
var. Arvananın süd məhsuldarlığı daha yüksəkdir.
Orta hesabla bir sağım müddətində dəvə 4500-500
litr süd verir. Südü 4-4,5 faiz yağlılıqda olur. İkihör-
güclü maya bir sağımmüddətində orta hesabla 1000-
1700 litr süd verir. Südündə yağlılıq 5,5 faizdir. Dəvə
südü yüksək baktersidlik xassəsinə malik olduğuna
görə onu 2-3 gün adi hava şəraitində saxladıqda belə
çürümür.
Dəvə südü xalq təbabətində əvəzedilməz müalicə
vasitəsi kimi istifadə olunur. Etnoqrafikməlumatlara
görə dəvə südü göy öskürək, boğaz ağrısı, mədə-
bağırsaq və vərəm xəstəliyini tam sağaldır, müalicə
edir. Orta Asiyada vərəm xəstəliyinin müalicəsində
dəvə südündən hazırlanmış şübatdan geniş istifadə
edirlər. Keçmis Yuqoslaviya respublikasında dəvə
südündən hazırlanmış kosmetik müalicə vasitəsi
yüksək qiymətləndirilirdi. Bu ölkənin alimləri dəvə
südünün tərkibində bir çox xəstəliklərin müalicəsi
üçün lazım olan maddələrin olması fikrindədirlər.
Dəvənin yun məhsuldarlığı çox yüksəkdir. Ancaq
bəslənmə, cins və yaş burada öz təsirini göstərir. Yun
cəhətdən ikihörgüclülər kəmiyyətcə, birhörgüclülər
keyfiyyətcə üstündürlər. İkihörgüclülər orta hesabla
Zili. Fraqment. Yun. Xovsuz. XIX əsrin əvvəlləri. Naxçıvan
qrupu. Azərbaycan. Etnoqrafiya muzeyi. Rusiya.
1...,107,108,109,110,111,112,113,114,115,116 118,119,120,121,122,123,124,125,126,127,...147