116
15-16 kq yun verirlər. 21 kq yun verən rekordçular
da olmuşdur. Dəvə ildə bir dəfə, mart-aprel ayların-
da qırxılır. Dəvə gümrah olduqda qırxım zamanı heç
bir vasitədən istifadə olunmur, yununu əllə asanlıqla
yolurlar. Dəvə arıq olduqda yununu atmır, odur ki
onu əllə yolmaq mümkün olmur, qırxılıqla qırxırlar.
Dəvə yunu zərif yunlu qoyun yunundan da qiymətli
və keyfiyyətlidir. Belə ki, dəvə yununda ölü tüklər
olmur. Yun örtüyündə yağ-tər örtüyü olmadığından
yun çıxarı 70-95 faiz arasında dəyişir və bəzən 100
faziə çatır. Təmiz lif çıxımı 82-87 faiz təşkil edir.
Dəvə yunundan xalçaçılıqda da istifadə edilir.
Dəvə yunu xalq təbabətində müalicə vasitəsi kimi
geniş istifadəolunur.Revmatizmxastəliyi olanadam-
lar dəvə yunundan toxunmuş paltar geyər, dəvə yu-
nundan hazırlanmış yorğan və döşəkdən istifadə
edərlər. Dəvə yununu yandırıb külünü yaraya qoy-
maqla qanaxmanı dayandırırlar. Gözəl, gözəgəlimli
uşaqların paltarına dəvə tükü tikməklə onları
bədnəzərdən qoruyurlar. Dəvə iliyi və hörgücünün
yağı revmatizm xəstəliyində, soyuqdəymələrdə ge-
niş istifadə olunan müalicə vasitəsidir.
İribuynuzluların gönü ilə müqayisədə dəvə gönü
dabbaqçılıqda daha yüksək qiymətləndirilir. Şərq
zərgərlik sənətində dəvə sümüyü tarixən qiymətli
zərgərlik məmulatı kimi istifadə olunmuşdur.
Dəvənin mil sümüklərindən hazırlanmış təsbeh,
qadın bəzəkləri, müxtəlif formalı zərgərlik işləri
həmişə yüksək qiymətləndirilmişdir.
Elmi tədqiqatların son nəticələri göstərir ki, adi ot-
laq şəraitində bəslənən dəvənin məhsuldarığı tam
sənaye təməli üzərində qurulan iribuynuzluların-
kından yüksəkdir, məhsulların keyfiyyəti də onlar-
dan üstündür.
Hazırda Azərbaycanda dəvəçiliyin inkişafı
sahəsində mühüm addımlar atılır.
Халилов Х.
Верблюдоводство в Азербайджане:
роль в хозяйстве и быту
Резюме
В статье рассказывается о становлении верблюдо-
водства в Азербайджане, его роли в хозяйстве и быту.
Отмечается, что верблюды бывают двух видов: дро-
медары (одногорбые) и бактрианы (двугорбые).
Согласно археологическим раскопкам, в конце III
тысячелетия до н.э. на Кавказе, в том числе в Юж-
ном Азербайджане, начинают приручать двугорбых
верблюдов, которые затем распространились по
всему миру благодаря тюрко-монгольской культуре.
Период приручения верблюдов стал переворотным
моментом в истории. В отличие от других домашних
животных, верблюды не только дают больше мяса,
молока, шерсти, кожи, но и играли важную роль в
торговле.
В статье помимо освещения проблем, связанных с
верблюдоводством, рассказывается о качестве вер-
блюжьей шерсти и его влияния на ковроткачество.
Khalilov K.
Camel Breeding in Azerbaijan:
Farming and Domestic Uses
Résumé
This article discusses the emergence of camel breeding
in Azerbaijan and its role in farming and domestic devel-
opment. The two camel species are discussed: dromedary
(one hump) and Bactria (two humps).
According to archeological findings, the taming of the
Bactrian camel species in the Caucasus and northern
Azerbaijan and their spread around the world in the late
third millennium BC is considered an accomplishment of
Turkic-Mongolian culture. The taming of camels was quite
a developmental revolution for that period. Compared to
other animals, in addition to providing humans more with
meat, milk, wool, and skins, camels played an important
role in trade.
In addition to the most essential aspects of camel breed-
ing, the importance of camel wool and its influence in car-
pet weaving are also discussed.
Xurcun. Yun. Xovsuz.
1800-cü il. Naxçıvan qrupu.
Azərbaycan.
1...,108,109,110,111,112,113,114,115,116,117 119,120,121,122,123,124,125,126,127,128,...147