119
- Şəbəkə işi ilə çoxdan məşğul oluram. Atam
usta Əşrəf dövrünün məşhur şəbəkəçisi idi.
Babam da bu sənətin ustası olub. Mən bu
sənəti atamdan öyrənmiş və onun yanında
işləyə-işləyə püxtələşmişəm. Şəbəkə sənəti çox
nadir bir sənət olduğu üçün məni uşaqlıqdan
cəlb edib. Bu sənətdə yapışqandan, mismardan
istifadə edilmir. Şəbəkə sənəti təmiz əl işidir.
Amma bu sənət həm də elmli olmağı tələb edir.
Şəbəkəçi olmaq üçün gərək əvvəlcə həndəsə,
riyaziyyat, rəsmxət kimi elmlərə yiyələnəsən.
Əks təqdirdə uğur qazana bilməzsən. Mən
xarici ölkələrdə keçirilən sərgilərdə dəfələrlə
iştirak etmişəm. Bu beynəlxalq sərgilərdə
bi­zim şəbəkələr daha çox diqqəti cəlb edir.
Xaricilərin bu sənətə marağı böyükdür. Biz
həm qədim, həm müasir eskizlər əsasında
işləyirik. Amma müasir işlərimizdə də qədim
ornamentlərdən istifadə etməyə çalışırıq. Bu
üsulla biz həm sənəti yaşadır, gəncləri ona
cəlb edir, həm də qədim ornamentləri gələcək
nəsillərə ötürürük. Tələbələrim var, həmçinin
iki oğlum da şəbəkəçidir. Bir oğlum bu sənətə
yenilik gətirmək istəyir. O, memarlıqla şəbəkə
sənətini birləşdirib daha maraqlı və yeni sənət
nümunələri yaratmaq fikrindədir. Hər yeni
nəsil bu sənətə yenilik, maraqlı formalar gətirir.
Ona görə də şəbəkə sənəti Azərbaycanda daha
da genişlənir.
Tofiq
Rəsulov
Шяkи
1...,111,112,113,114,115,116,117,118,119,120 122,123,124,125,126,127,128,129,130,131,...147