118
- Mən xalçaçı sahibkaram. Özüm də, qız-
larım da, balaca nəvələrimə qədər hamımız
xalça toxuyuruq. Biz şabranlı olduğumuza
görə əsasən “Pirəbədil” xalçaları toxuyuruq.
Bundan başqa, “Yeni Çiçi”, “Şahnəzərli”, “Ağ
gül” kimi Quba-Şabran xaıçaları da toxuyu-
ruq. Çeşniləri özüm çəkirəm. Ornamentlərin
və naxışların ölçülərini də xalçanın ölçüsünə
əsasən müəyyənləşdirirəm. İpləri isə bəzən ha-
zır boyanmış halda alır, bəzən özümüz boyayı-
rıq. Satışda istədiyimiz rəngdə ip tapmayanda
özümüz ipləri təbii yolla - bitkilərdən rəng al-
maqla boyayırıq. Soğan qabığı, qoz qabığı, bəzi
otlar və bitkilər var ki, onlardan lazım olan
rəngləri ala bilirik. Xaricilər bizim xalçalara
xüsusi maraq göstərirlər. Deyirlər ki, dünyada
Azərbaycan xalçaları toxunma texnologiyası,
rəngləri və naxışları ilə diqqəti cəlb edir. Bun-
ların arasında ən məşhurları isə “Pirəbədil” və
“Ağ gül” çeşniləridir.
Həmidə
İbrahimova
Xaчmaz
Azərbaycan Xalçaları
Cild 3 №6 2013
Bюlgяlяrdяn
1...,110,111,112,113,114,115,116,117,118,119 121,122,123,124,125,126,127,128,129,130,...147