120
-
İyirmi beş ildir ki, təkəlduzçuluqla
məşgulam. Gözümü açandan anam Səyalını
bu işlə məşğul olan görmüşəm. Bu sənət bizə
ulu nənələrimizdən yadigardır. Nəslimizdə
çox adam bu sənətlə məşğul olub. Mən əsasən
divardan asmaq üçün təkəlduzlar, araqçınlar,
çantalar, jiletlər hazırlayır və onların üzərini
naxışlarla bəzəyirəm. Təkəlduzlar həm süjetli,
həm də ornamentli olur. Anam isə daha çox
miniatür işləyir. Ornamentli təkəlduzları da
var. Mövzularımız isə rəngarəngdir: “Xan
sarayı” divar naxışı, “buta yığımı”, “Ley-
li və Məcnun”, “Yeddi gözəl” kompozisiya-
ları. Bəzən nağıl mövzularından da istifadə
edirik. Ornamentli təkəlduzlarımda “buta”
naxışına üstünlük verirəm. Həmçinin qədim
təkəlduzlarda, xalçalarda və digər naxışlı
dekorativ-tətbiqi sənət nümunələrində gör-
düyüm naxışlardan da yararlanıram. Özümə
məxsus yeni naxışlar da tətbiq edirəm. Ən çox
ipək saplarla işləyirik. Rəngləri də özümüz
müəyyən edirik. Əsas odur ki, əl işlərimiz ba-
xımlı və gözoxşayan olsun.
Nərgiz
Əzizova
Шяkи
1...,112,113,114,115,116,117,118,119,120,121 123,124,125,126,127,128,129,130,131,132,...147