122
Gilas Məşədi Məsim qızı (1890-1990) Tovuzun
Əhmədlər kəndində dünyaya göz açıb. Uşaqlıqdan
xalça toxumağın sirlərinə yiyələnən Gilas xanım bir
müddətdən sonra nəinki yaşadığı bölgədə, həmçinin
onun hüdudlarından kənarda da mahir toxucu kimi ad
çıxarıb. Özü yunu əyirib ip hazırlayar, ipləri yaşadığı
bölgəyə məxsus bitkilərdən aldığı təbii boyalarla boyayar,
xana qurar və ilmə vurub öz təxəyyülündəki əsrarəngiz
xalıları toxuyardı. Toxuduğu hər bir xalçanın sorağı el-
aləmə yayılardı. Övladları böyüdükcə analarının əlinə
baxar, ilmə vurmağı öyrənərdilər. Gilas xanımın doq-
quz qız övladı var idi. Onlar da anaları kimi bu sənətin
ustasına çevrildilər. Ailə həm xovlu, həm də xovsuz
xalçalar toxuyardı. Bu ailədə toxunan xalçalar evləri,
muzeyləri bəzəyər, parlaq rəngləri, üstündəki naxışları
ilə fərqlənərdi. İndinin özündə də bu xalçalara London
muzeylərində, şəxsi kolleksiyalarda rast gəlmək olar.
Gilas xanım və qızlarının yaşatdığı ənənə Azərbaycan
xalçaçılığında əvəzsiz bir irs kimi qalmaqdadır.
Gilas Məşədi
Tovuz
Xalça. Yun. Xovlu. 280x160.
1910-cu il. Qazax-Borçalı qrupu. Azərbaycan.
1...,114,115,116,117,118,119,120,121,122,123 125,126,127,128,129,130,131,132,133,134,...147