124
Azərbaycan Xalçaları
Cild 3 №6 2013
A
zərbaycanxalçaçılığının tədqiqi sahəsində
respublikamızda mühüm işlər görülmüş-
dür. Lakin “Azərbaycan xalçaları” elmi-bədii
jurnalının çıxanadək (2011) ölkədə ixisaslaşmış
nəşr olmadığına görə tədqiqatçıların elmi-bədii
baxımdan yüksək dəyərə malik olan məqalələri
müxtəlif qəzet, jurnal və toplularda çap edilmiş-
dir. Həmin materillar hazırda nadir biblioqrafik
nüsxələrə çevrildiyindən onları aşkarlamaq və
istifadə etmək müəyyən çətinliklərlə müşayət
olunur. ”Azərbacan xalçaları” elmi-bədi jurna-
lı bütün bunları nəzərə alaraq “Xalçaçılığa dair
tədqiqatlar irsimizdən” adlı yeni bir rubrika
açır. Məqsədimiz Azərbaycan müəlliflərinin
xalçaçılığa dair müxtəlif illərdə nəşr edilmiş
sanballı elmi-bədii məqalələrini toplamaq,
nəşr etmək və oxuculara çatdırmaqdır. Bu,
həm də artıq dünyasını dəyişmiş görkəmli xal-
ça tədqiqatçılarının xatirəsinə böyük hörmət
deməkdir. Bu sayımızda mərhum sənətşünaslıq
doktoru Rasim Əfəndinin və sənətşünaslıq
namizədi Toğrul Əfəndinin “Tarix, Folklor və
Mifologiya mənbəyi” (Elm və həyat, 1992, №10-
12, s. 5-7) məqaləsinin təqdim edirik.
Vidadi Muradov
Dekorativ-Tətbiqi Sənət üzrə Professor
Nəşrlər
1...,116,117,118,119,120,121,122,123,124,125 127,128,129,130,131,132,133,134,135,136,...147