126
A
zərbaycanın xalça sənəti
sahəsində aparılmış
elmi araşdırmalar göstərir ki,
xalçalarımız ta qədim zaman-
lardan başlamış bu günə qədər
həyat və məişətimizdə sırf
əməli əhəmiyyət kəsb etməklə
yanaşı, böyük bədii ideyaya
da malik olmuşdur. Xalçaları-
mızın bədii xüsusiyyətləri və
məzmunu, əsasən, onda tətbiq
olunan ornament və rəng
vasitəsilə öz əksini tapmışdır.
Xalçalarımızda əks olun-
muş yüzlərlə müxtəlif şəkilli
quş, heyvan, insan təsvirləri,
məişət əşyalarından, damğa-
lardan ibarət olan ornamentlər
bəzən real və sxematik
şəkildə tətbiq olunubdur. Bu
ornamentlərin keçdiyi tarixi
yola nəzər yetirsək, onların
real vəziyyətdən mücərrədliyə
doğru inkişaf etdiyini görərik.
Maraqlıdır ki, bu tarixi inkişaf
yolunda təsviri və ornamental
motivlər nə qədər öz simasını
dəyişsə də, anlaşılmaz olsa da,
onların adı, mənası itməmiş,
bu günə qədər yaşamışdır.
Məsələn, xalçaçı qadınlarımız
indi də qarmağabənzər orna-
ment elementinə əjdaha, üçbu-
cağa oxşar bəzəyə dəyə, başları
çəngəltək haçalanmış bəzəyə
isə qoç deyirlər.
Bütün bunlar ondan irəli
gəlir ki, xalçalada olan təsvirlər
və onların adı nəsildən-nəslə
keçərək toxucunun həyatı ,
məişəti, dünyagörüşü ilə sıx
əlaqədə olmuşdur. Ona görə
də xalçada olan naxışlarla onu
yaradan xalqın tarixini, folklo-
runu, hətta mifologiyasını belə
izləyə bilərik.
Bu yazıda məqsədimiz
Azərbaycan xalçalarında tez-
tez təsadüf edilən bir qrup
ornament motivi və onla-
rın məzmununu nəzərdən
keçirməkdir.
Elmi araşdırmalar göstərir
ki, Azərbaycan xalçalarında ən
çox yayılan bəzək elementi qoç
təsviri olmuşdur. Xalçalarımız
üzərində müxtəlif şəkillərdə
və formalarda təsadüf edilən
bu təsvirlər bəzən tam halda,
real vəziyyətdə, bəzən başları
çəngəltək haçalanmış buynuza
bənzər şəkildə icra edilibdir.
Azərbaycan xalçaları üzərində
qoç buynuzlarından quraşdı-
rılmış geniş məna kəsb edən
kompozisiyalara da təsadüf
edilir. Bu tip kompozisiyalı
əsərlərə, əsasən, Qazax rayo-
nunun Dağkəsəmən, Faxralı,
Qarayazı, Qaraqoyunlu mahal-
larında toxunan xalılarda rast
gəlinir. Hazırda anlaşılmaz
şəklə düşmüş bu bəzək kom-
pozisiyasının qocaman xalçaçı
ustalar arasında adları da var-
dır. Məsələn: “Qoçlar yaylaq-
da”, “Qoçlar göl ətrafında” və
s.
Azərbaycan xalçalarında real
və mücərrəd şəkildə təsadüf
edilən qoç təsvirləri, əsasən,
xalçanın mərkəzində - ara
sahədə yerləşdirilibdir. Onlar
bəzən tək, hərdən cüt, bəzən
də yığcam bir şəkildə qrup
halında tətbiq edilibdir.
Azərbaycan xalçaları arasın-
da elələri də vardır ki, onların
bütün bəzək kompozisiyası
qoç buynuzlarından təşkil
olunub. Dəvəçi rayonunun
Pirəbədil kəndində toxunan
məşhur “Pirəbədil” xalçası
buna ən gözəl misaldır.
Qoç buynuzları təkcə
Azərbaycan xalılarında deyil,
Türkmənistanda və Anado-
luda toxunan xalıların da
əksəriyyətində vardır. Onun
ən orijinal nümunələrinə biz
Türkmənistanda Yomut, Sa-
lor, Tekin, Bəşir, Türkiyədə
Ərzurum, Qars, Ağrı və
Bitlisdə toxunan xalçalarda
təsadüf edirik.
Qoç təsvirlərinin xalı sənəti
üzərində belə geniş tətbiq
olunması təsadüfi deyildir.
Mənbələr göstərir ki, qoç türk-
dilli xalqlar arasında uzaq
keçmişlərdən müqəddəs hey-
vanlardan biri sayılmışdır.
Bu günədək kəndlərdə çəpər
dirəklərinə, eyvan sütunlarına
bərəkət və qüvvət əlaməti ola-
raq qoç başının bərkidilməsi,
qoçun şərəfinə daşdan yonul-
muş heykəllər yaradılması bu-
nun canlı timsalıdır. Elə bircə
onu qeyd etmək kifayətdir ki,
hazırda Azərbaycanda orta
əsrlərə aid 300-ə qədər daş
qoç fiqurları vardır. Onlar
xalq tərəfindən qorunaraq
müqəddəs ocağa çevrilmişdir.
XX yüzilliyin əvvəllərində
1...,118,119,120,121,122,123,124,125,126,127 129,130,131,132,133,134,135,136,137,138,...147