131
“Azərbaycan xalçaları” elmi-bədii jurnalı əcnəbi müəlliflərin Azərbaycan xalçaçılığına
dair müəyyən fikir və mülahizələrinin əks olunduğu əsərlər və ya onlardan seçilmiş
parçaların oxuculara təqdim edilməsini davam etdirir. Ötən sayımızda (2012, cild 2,
№5, s. 110-143) məşhur almaniyalı müəllif Kurd Erdmanın “XV əsr türk xalısı. İstan-
bul, 1957” kitabının türk dilindən tərcüməsini (və ya çevrilməsini) çap etmişdik. Bu
sayımızda İen Bennetin “Şərq xalçaları” seriyasından Qafqaza həsr edilmiş kitabından
bir parçanın (Bennett İ. Oriental Rugs. Vol.1. Caucasian. Oriental Textile Press, 1981.
Reprinted 1993, pp. 9-17) ingilis dilindən tərcüməsini oxucularımızın diqqətinə çatdı-
rırıq. Qeyd etmək istərdik ki, xalçaçılığa dair ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi
bəzi çətinliklərlə müşaiyət olunur. Bu da ondan irəli gəlir ki, xalçaçılıq sahəsində
Azərbaycan dilinə tərcümə işləri yeni olduğundan hələlik bu sahədə ixtisaslaşmış
mütəxəssislər, demək olar ki, yoxdur. Ona görə də jurnalımızın bu sahədəki addım-
larını ilk təşəbbüs kimi qiymətləndirmək lazımdır. Güman edirik ki, bu sahədəki
problemləri tədricən həll etmək mümkün olacaqdır.
Bizi narahat edən əsas problemsə əcnəbi müəlliflərin tədqiqatlarında Azərbaycan xal-
çaçılığının tarixinin bilərəkdən və yaxud tam anlayış olmadığına görə təhrif edilməsi və
ya saxtalaşdırılmasından ibarətdir. Biz tərcümələrini təqdim etdiyimiz və ya gələcəkdə
təqdim edəcəyimiz əsərlərdə bunları görürük. Ona görə də Azərbaycan xalçaçılığı üzrə
tədqiqatçıların da həmin əsərlərdəki müddəalar barəsində öz fikir və mülahizələrini
bildirmələrini arzu edirik. Belə yazılara jurnalımızda yer verməyə hazırıq. Tərcümə
olunaraq oxuculara təqdim olunmuş bu resenziyalar Azərbaycan xalçaçılığı sahəsində
təhriflərin və saxtakarlığın qarşısının alınmasında mühüm rol oynaya bilər.
İen Bennetin oxuculara təqdim olunan kitabında da Azərbaycan xalçaçılığının bəzi
prinsipial məsələləri təhrif edilmişdir. Müəllif Qafqaz xalçalarının bir sıra ənənəvi
motivlərini ermənilərlə və ya İranla bağlamağa çalışmışdır. Orijinal Azərbaycan xal-
çaları isə ölkənin adı çəkilmədən bu və ya digər bölgənin adı ilə verilmişdir. Bu hal-
da həmin yerlərin hansı xalqa məxsus olması aydınlaşdırılmamışdır. Burada ümumi
mülahizələrlə kifayətlənirik. Tərcümə olunmuş parça üzrə konkret qeydlər isə mətn
üzrə verilmişdir.
Baş redaktordan
Tərcüməçi: Dilbər Qasımova
(İngilis dilindən tərcümə, s. 9-17)
ŞƏRQ XALÇALARI
I h i s s ə : Qa f qaz
İen Bennet
1...,123,124,125,126,127,128,129,130,131,132 134,135,136,137,138,139,140,141,142,143,...147