36
raqlı işin həsrəti ilə yaşadıqlarından xəbər verir.
Kələfin və ipəyin açılması səhnəsi ilə xalçaçı-
rəssam “yaradıcı qrup”un çətin və duyğulan-
dırıcı prosesə başlamağa hazırlaşdıqlarına işarə
edib, toxunulacaq yeni xalça üçün çeşninin ar-
tıq ərsəyə gətirildiyini göstərib. Kompozisiyaya
keçə və həsirin toxunulmasının daxil edilməsi
də məqsədli olub, sonralar zərif naxışları ilə
dünyanı heyrətləndirəcək xalçalarının qədim
“sələflərini” xatırlatmaqməqsədi daşıyır. Ərişin
uzadılması, üfüqi dəzgahda toxunma prosesi-
nin baş tutması, cecimin ərsəyə gətirilməsi, ən
nəhayət, xalçanın toxunub tamamlanması və
kəsilməsi prosesinin davamını və cəlbedici sü-
jetin sonrakı məqamlarını əyaniləşdirir.
Artıq hazır olan xalçanın yuyulması və quru-
dulması ilə toxucuların həyəcanlı anları arxada
qalsa da, bundan sonra onların baxışlarına fərqli
məzmuna bələnmiş "həsrət qonur", desək, bu
prosesə xas olan çoxsaylı psixoloji yaşantılar-
dan birini ifadə etmiş olarıq. Eldar Mikayılzadə
buna ilk baxışda təzadlı, ancaq mahiyyətcə
nikbinliyə köklənmiş iki motivi kompozisiyaya
daxil etməklə nail olub. Belə ki, əgər sağ yuxarı
küncdəki süjetdə ulaqla bazara xalça satmağa
gedən atasının onu özü ilə aparmadığı üçün
ağlayan uşaq, soldakı süjetdə isə atanın uğurlu
alış-verişdən sonra dəvə ilə dönüşü, uşaqların
oynaması, sevinc içində olmaları təsvir olunub.
Xalçaçı-rəssamın səhəri günəşli, axşamı isə aylı
təsvir etməsi baş verənlərə zaman konkretliyi
vermək baxımından diqqət çəkir. Bu iki təzadlı
süjet əslində görülən çoxsaylı işlərin müsbət
nəticəsini özündə əyaniləşdirib.
Xalçanın mərkəzində bir ailənin görüntüyə
gətirilməsi də bu maddi mədəniyyət nümu­
nəsinin birləşdirici qüvvəyə malik olduğunu
göstərmək istəyindən irəli gəlib. Onların başı
üzərindəki hanada bir-neçə toxucunun ilmə-
ilmə Azərbaycan xalçaçılığının şah əsərlərindən
sayılan “Şeyx Səfi” kompozisiyasını gerçək­
ləşdirməsi də rəmzi məna daşıyıb, milli-mənəvi
dəyərlərimizin zəngin tutumunun dünya miq-
yaslı olduğunu göstərmək məqsədi daşıyır.
Xalçadakı təbiətlə bağlı motivlər, xüsusilə
ağacların təsviri heyranedici biçimdədir.
Xalçaçı-rəssamın bu motivləri məna-məzmun
daşıyıcıları olan obrazlarla əlaqələndirməsi
bütünlükdə əsərin çox inandırıcı görkəm alma-
sını şərtləndirmişdir.
Bu çoxfiqurlu kompozisiyada Eldar Mikayıl­
zadə özünü Azərbaycan miniatür sənətinin
görkəmli nümayəndəsi Sultan Məhəmməd,
doğma yurdun bənzərsiz tərənnümçüsü
dahi Səttar Bəhlulzadə, xalça sənətimizin ko-
rifeyi sayılan Lətif Kərimov və heç vaxt öz
məsləhətlərini ondan əsirgəməyən sənət bili-
cisi Cəfər Mücirinin obrazları ilə yanaşı təsvir
etməklə, onun sənətkar kimi formalaşmasında
əməyi olan bu şəxsiyyətlərin işıqlı xatirəsinə
öz ehtiramını bildirmək istəyib. Xalçanın
kəsilməsində iştirak edənlər arasında xalçaçı-
rəssam Afətin, təcrübəli toxuculardan Zümrüd
və Səfurənin təsvir olunması da müəlliflə uzun
illər ərzində əməkdaşlıq edənlərin əməyinin
dəyərləndirilməsi kimi qəbul olunur.
Maraqlıdır ki, bütün bu süjetlər məcmusunu
əsərdə rəssam yeni xalçanın kağızdakı çeşni-
si kimi təqdim edib. Başqa sözlə desək, zən­
ginliyi ilə seçilən bu təsvir qurulmuş hananın
üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə
ecazkar xalçanın toxunduğu bu dəzgah özünün
yaratdığı sənət növündə ilk dəfə olaraq məhz
bu əsərdə görüntüyə gətirilib, bədiiləşdirilib.
Bədii şərtiliyinə baxmayaraq, hananın
ətrafının kifayət qədər real görkəmdə olma-
sı xalça toxunan şəraiti bütün incəliyinə kimi
duymağa imkan verir. Sanki toxucular bir an-
lığa iş yerini tərk edib və üzərində çalışdıqları
xalça ilə tamaşaçıları göz-gözə qoyublar. Otura-
cağın üzərindəki müxtəlif rəngli saplar, içilmiş
çay stəkanları, qənddan, üzərlik, Novruz atri-
butları və s. əşyalar təqdimatına görə çox təbii
görünürlər. Oturacağın altında “gizlədilmiş”
süpürgə, bir neçə cüt başmaq, ən nəhayət, ya-
ranmış sakitlikdə yuxu “bişirən” pişiyin təsviri
isə bütün əsərə hakim kəsilən səmimiliyi və
inandırıcılığı gözəl tamamlayır. Çeşnini üst
tərəfdən əhatələyən rəngbərəng saplar, eləcə də
duyulası həssaslıqla hananın sol dayağı üzərinə
yapışdırılan və müəllifi nənəli günlərinə qayta-
ran balaca fotoşəkil də xalçanın tutumlu məna-
məzmun daşıyıcısı olan elementlərindən heç də
az əhəmiyyət kəsb etmir.
Bu yerdə demək lazımdır ki, Eldar
Mikayılzadənin əksər xalçalarında olduğu
kimi “Yaranış”da da ölçüsündən asılı olma-
yaraq bütün elementlər əsərin məzmununun
zənginləşməsinə xidmət edir. Ümumiyyətlə
götürdükdə, onun xalçalarında heç bir ele-
1...,28,29,30,31,32,33,34,35,36,37 39,40,41,42,43,44,45,46,47,48,...147