58
Qədim misirlilər də hər il xalq əkinçilik təqvi­
mində ölmüş bitki aləminin tanrısı Osirisin
yenidən dirilib həyata qaytarılmasını bayram
edirdilər. Belə mif və əsatirlər təbiətdə baş verən
dəyişiklikləri bu və ya digər tanrılarla bağlayan,
qədim babillər və başqa Şərq xalqları arasında
da geniş yayılmışdı.
Ulu Zərdüşt öz dinini yaradarkən, atəşpərəst
icmalarının Ahura Məzdaya-Hörmüzdə həsr
edilmiş yeddi böyük bayram içərisində yaz gecə-
gündüz bərabərliyi günündə keçirilən baharın,
təbiətin oyandığı, dirildiyi günün bayramını
xüsusi qeyd etmişlər. Zərdüştilikdən çox-çox
qədimlərə gedib çıxan bu bayram “Avesta”da
işıq və həqiqət rəmzi Aşa-Vahiştaya və həyat
rəmzi Oda həsr edilmişdi. İlin axırında bayram
edilən bu gündə “aşa” – işıq və həqiqət səltənəti
nəhayət ki, qələbə qazanacaq, ilin son günü
həmçinin əbədi həyatın yeni günü olacaq, Şər
qüvvə hər il məhz ilin bu günü məğlubiyyətə
uğrayacaq. Zərdüştilik adətinə görə Yeni günün
– Novruzun günorta çağında, bitkilərin kökünü
və onların mənbəyini öz hərarəti ilə isitmək üçün
divlərin hökmranlıq etdiyi qış dövründə yerin
altına enmiş “günorta ruhu” Rapitvinin (hərfən:
“yemək üçün nəzərdə tutulmuş”) torpağın altın-
dan yenidən qayıtması-dirilməsi bayram edilir-
di. Bundan sonra dünyaya və insanlara hərarət
və işıq gətirmiş Rapitvinin ruhuna hər gün gü-
norta çağı ibadət edilərdi.
Novruz bayramını eyni zamanda ayrı-ayrı ta-
rixi və əfsanəvi şəxsiyyətlərin adı ilə bağlayanlar
da olmuşdur. Rəvayətə görə guya əfsanəvi İran
şahı Kəyumərs günəşin Qoç bürcünün birinci
dəqiqəsinə səhər daxil olduğu günü müəyyən
etmiş, möbedləri (kahinləri) çağırıb, ili həmin
andan başlamağı buyurmuşdur. Sonralar Nov-
ruz bayramı əfsanəvi İran şahı Cəmşidin adına
bağlanmışdır. Lakin bu əfsanələr tarixi həqiqətə
uyğun deyildir.
Əfsanəvi şahların adı ilə bağlı bu rəvayətlər
gerçəklikdən çox uzaq olsalar da, belə
rəvayətlərin meydana çıxmasının özü də xal-
qın həyat və məişətində olduğu mühüm
mövqedən xəbər verir. Məhz bu mövqe xalqın
mənəvi aləmini bəzəyən, onun ayrılmaz hissəsi
olan Novruzun mənşəyinin dinlə bağlanması-
na gətirib çıxarmışdır. Çox qədim dövrlərə aid
olan, nəsillərdən-nəsillərə ötürülən bu əziz gü-
nün İmam həzrəti Əli ibn Əbu Talibin xəlifəlik
taxtına çıxdığı günlə əlaqələndirilməsi də
atəşpərəstlərin yeddi əziz bayramından biri olan
Novruzun İran, Azərbaycan və başqa yerlərin
islamı qəbul etmiş sakinlərinin islamaqədərki
həyatlarında tutduğu əvəzsiz yerlə bağlıdır.
Beləliklə, Azərbaycan torpağında ta qədimdən
yaşayan xalqların bayramı olan Novruz həmin
xalqların etiqad etdikləri dinlər tərəfindən də
qəbul edilmiş, bəzi hallarda isə hətta dini bay-
ram kimi qiymətləndirilmişdir. Bununla belə,
orta əsrlər müsəlman mədəniyyətinin görkəmli
xadimləri Novruzu dini deyil, haqlı olaraq əsl
xəlqi, humanist səciyyə, xeyirxah, nəcib məqsəd
daşımış dünyəvi bayramlar sırasına aid etmiş,
onu “nəsillərin bir-birinə verdiyi gözəl yadigar”
adlandırmışlar.
Yunan coğrafiyaşünası Strabonun (I əsr) ba-
har bayramı haqqında məlumatı çox maraqlıdır.
Strabona görə, nişanlı oğlanla qız arasında nikah
mərasimləri yazda gecə-gündüzün bərabər ol-
duğu vaxtda kəsilir. Adaxlı dəvə beyni və alma
yedikdən sonra nikaha daxil olur. Yaz gecə-
gündüz bərabərliyi martın 21-də, yəni Novruz
bayramında baş verir.
XI yüzilin dahi filosof şairi Ömər Xəyyam
“Novruznamə” adlı traktat yazmış, bura-
da Novruzu xalqın əvəzsiz şənliyi adlandır-
mışdır; Novruz bayramı haqqında müxtəlif
rəvayətlərdən, onların yaraması səbəblərindən,
bu bayram münasibəti ilə xalq arasında yayıl-
mış adət-ənənələrdən bəhs etmiş, Novruzun
təbiətin oyanması, əkinçilik təsərrüfatının baş-
lanması ilə bağlı əsl dünyəvi bayram olduğunu
göstərmişdir.
XI yüzil məşhur səlcuq vəziri Nizamülmülk
özünün “Siyasətnamə” əsərində verdiyi maraqlı
məlumatla xalqın mənəvi həyatında xüsusi yeri
və çəkisi olan Novruzun dövlət idarəçiliyində
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...147