57
Tofiq Babayev
Tarix üzrə fəlsəfə doktoru
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Açar sözlər:
Novruz bayramı, atəşpərəst icmaları, Zərdüşt,
“Avesta”, Dədə Qorqud, türk təqvimi, bahar, səməni, “bənövşə
günü”, “qulağa getmə”, yumurta boyama.
байрамы
Ən qədim çağlardan baharın, ilin, ayın əziz günü Novruz bayramı ilə
bağlı yaranmış miflər, əsatirlər, adət-ənənələr, oyun-tamaşaların bəziləri
bu günə qədər gəlib çıxmışdır. Bu nümunələr istər tarixi, istərsə də elmi
baxımdan əski köklərlə bağlıdır. Qədim insanlar bahar fəslinin gəlişini, ha-
vaların istiləşməsini, təbiətin yenidən canlanmasını səbirsizliklə gözləyir və
sevinclə qarşılayırdılar. Bu münasibətlə qurban kəsir, çalıb oynayır, şadlıq
edirdilər. Bu da onun mənşəcə qədim insanın təbiətin ölüb-dirilməsi haq-
qındakı elmi-mistik görüşü ilə əlaqədardır.
Dünya tarixinin ən önəmli örnəklərini yaradan, bəşər sivilizasiyasının in-
kişafında əvəzsiz rol oynayan şumerlərin baharın gəlişi ilə torpağın oyan-
masına, təbiətin canlanmasına və əkin-biçin işlərinin başlanmasına həsr
etdikləri mif diqqəti cəlb edir. Əsatirdən aydın olur ki, şumer elləri bitki
aləminin təcəssümü olan Dumuzi – Təmmuz adlandırdıqları tanrının hər il
payız fəslinin sonunda “ölməsi” – qış yuxusuna getməsi, yazda isə havaların
istiləşməsi ilə yenidən dirilməsi münasibətilə ayrıca mərasim keçirirdilər.
Təmmuzun ölüb-dirilməsini şumerlər əkin-biçin işləri ilə bağlayırdılar;
Təmmuz öldü – toxum basdırıldı, onun üçün yas tutub ağladılar - torpağı
suvardılar, o dirildi – toxum cücərdi, yəni təbiətin canlanması – yeni həyatı,
yeni günü başlandı.
1...,49,50,51,52,53,54,55,56,57,58 60,61,62,63,64,65,66,67,68,69,...147