17
də Bakının “Sentrokaspi”-İngilis qüvvələrindən, əslində isə erməni-daşnaklardan azad edilməsi müasir Azərbaycan tari­
xinin ən möhtəşəm hadi­sələrindən oldu.
36
Bakı şəhərinin Azər­bay­can Xalq Cümhuriyyətinin paytaxtına çev­rilməsi onun
tarixində yeni səhifə açdı. Bakı təkcə Abşeronun deyil, bütün ölkənin siyasi, sosial-iqtisadi və mədəni mərkəzinə çevril­
di. Lakin Sovet Rusiyası vaxtı ilə Rusiya imperi­yası tərəfindən Azərbaycan torpaqlarına, o cüm­lədən Bakı şəhərinə qarşı
təcavüzkarlıq siyasətini yeni şəraitdə davam etdirdi. Sovet Ru­siyasının XI Qırmızı Ordusunun 1920-ci il Ba­kı əməliyyatı
nəticəsində şəhər işğal edildi, Azərbaycan sovetləşdirildi.
37
(Xəritə 9)
Bakı-Abşeron bölgəsi sovet dövründə də Azər­baycanın mühüm iqtisadi-coğrafi böl­gəsi idi. Bakı nefti Sovet dövlətinin
həya­tı­nın bütün dövrlərində, xüsusilə 1941-
1945-ci illər mü­haribəsi zamanı misilsiz tari­
xi rol oynamışdır. Bakı şəhəri 1980-ci illərin
sonla­rında Ermənistanın Azərbaycana ərazi
iddialarının qarşısının alınmasında ümumxalq
müqavimətinin və SSRİ-nin dağılması döv­
ründə milli-azadlıq hərəkatının təşkilində həl­
ledici rol oynadı. Sovet dövləti bu milli azad­
lıq hərəkatına 1990-cı ilin 20 yanvar qırğını ilə
cavab verdi. Lakin Azərbaycan xalqının milli-
azadlıq mübarizəsinin qarşısını almaq müm­
kün olmadı. 1991-ci il oktyabrın 18-də Bakıda
Azərbaycanın Dövlət Müstəqilliyi haqqında
Konstitusiya aktı qəbul edildi. (Xəritə 10)
Bu gün Bakı müstəqil Azərbaycan Respub­
likasının paytaxtı kimi dinamik inkişaf edir,
Bakı-Abşeron bölgəsi isə onun ən inkişaf etmiş
regionu olaraq qalır.
Bakı-Abşeron regionu bütün inkişafı boyun­
ca Azərbaycanın ümumi tarixinin ən mühüm
mərhələlərini əks etdirməklə, eyni zamanda,
Beynəlxalq MuğamMərkəzi. Bakı.
Azərbaycan SSR (1930-1991-ci illər)
Xəritə 9
Qaynaq: Azərbaycan tarixi atlası, səh. 56
1...,9,10,11,12,13,14,15,16,17,18 20,21,22,23,24,25,26,27,28,29,...76