34
“Xilə-Əfşan” artıq xalça anlamı ölçüsü­
nü dəf edib. Ondan, şübhəsiz ki, xalı ola­
raq döşənək kimi istifadə edilmişdir. Bu
xalça möhtəşəmliyi, rəngi, naxışları ilə
bö­yük salonların bəzəyi olmuşdur. Bəlkə
də zamanında onun kənarələri də toxun­
muşdur. Lakin bu növ xalı dəstlərinin tam
halda günümüzədək gəlib çatması nadir
hadisə hesab olunur. Onun ərişi, arğacı
və xovu yundandır. Toxunma texnika­
sı türkbafdır. Adətən, bu növ xalçalar öz
gö­zəlliyini illər ötdükcə büruzə verirlər.
Bu da xalçanın rənglərinin təbii olması,
işləndikcə mülayim tonlara keçməsi, Ab­
şeron ənənəsinə görə ağ gilabı ilə dəniz
suyunda yuyulduqdan sonra yununun
parlaqlığı, xovunun yatması kimi müxtəlif
səbəblərdən irəli gəlir.
“Xilə-Əfşan” xalçası haşiyə zolağından
və ara sahədən ibarətdir. Haşiyəni irili
xırdalı on bir ədəd zolaq təşkil edir. Onla­
rın hər biri xalça üzərində yalnız bir dəfə
toxunub. Yelən zolaqları da həm həndəsi,
həm də zoomorf (quş), nəbati naxışlarla
bəzədilib.
Xalçanın ana haşiyə zolağı “kufi” adla­
nır. İslamın yeni yayılmağa başladığı
dövr­dən xalçalar üzərində kufi yazı tərzi
ilə dualar, Qurandan iqtibaslar toxunma­
ğa başlamışdır. Getdikcə kütləvi xarakter
alan bu ənənə toxucular tərəfindən sxe­
matik tərzdə icra edilməyə başlayır. Ar­
tıq əsrlər ötsə də xalçalar üzərində “kufi”
haşiyə zolağı bir sxematik ənənəyə çevrilir
və əsasən, Bakı və Quba qrupunda toxu­
nan xalçalarda tez-tez rast gəlinir.
Xalçanın ara sahəsi daha çox səmanı xa­
tırladır. Üzərindəki “sacayaq” elementi
çox məşhurdur. Çox zaman “islimi” adla­
nan bu elment bəzən artım kimi yozulur,
bəzən odun, atəşin simvolu kimi, bəzən
də əbədi dünyanın təmsilçisi olan mifoloji
quşlar kimi təsnif edilir. Hər üç halda “sa­
cayaq” genetik varislik ənənələrindən irəli
gələn bir naxışdır. O, qədim etiqadlarla,
inam­larla bağlıdır.
Xalçanın ara sahəsini bəzəyən çoxlu
say­da nəbati elementlər vardır. Qönçələr,
“pal­met”, müxtəlif formalı güllər, tənək
yar­pağı, budaqlar, heyvan təsvirləri ara
sa­həni çox baxımlı edən naxışlar toplusu­
dur.
Xalçanın ümumi koloriti solğun rəng ça­
larındadır. İnsana rahatlıq, sakitlik gətirir.
Bu sakitlik nəinki xalçanın qədimliyindən,
həm də Bakı xalçalarının rəng harmoniya­
sındakı nəciblikdən irəli gəlir.
1...,26,27,28,29,30,31,32,33,34,35 37,38,39,40,41,42,43,44,45,46,...76