33
vahid enerji mənbəyi, ilahi qüvvənin təmsilçisi sayıla bilərdi. Məhz bu baxımdan da iç göl müqəddəs enerji mənbəyi,
ətrafdakı güllər isə onun ətrafında hərəkət edən bəşəriyyət kimi qəbul edilə bilər.
Ümumiyyətlə, hər bir xalça müqəddəsdir. Bu müqəddəslik onun naxışlarının mahiyyətində yaşayır, əsrlərdən əsrlərə
ötürülür. Xalçanın yerliyi quşlar, romblar, yarpaqlar kimi xırda naxışlarla bəzədilib. Göllərdən ətrafa paylanan üçləçəkli
yarpaqlar cənnətin nişanıdır. O, bütün etiqadlarda eyni mahiyyət daşıyıb. Dəyişən yalnız naxışın bədii forma həlli olmuş­
dur.
“Novxanı” xalçasının ara sahəsi göy rəngdədir. Bəzi yerlərində əbrəşlər zolaq şəklində hiss edilir.
Xalça. “Novxanı”. Yun. Xovlu. 268x140. 1247 hicri/1832-ci il.
Bakı qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / BAKI QRUPU
1...,25,26,27,28,29,30,31,32,33,34 36,37,38,39,40,41,42,43,44,45,...76