319
Təbrizdə toxunan xalçalarda nəbati elementlər, xüsusən də güllər, ağac-
lar və müxtəlif heyvan təsvirləri xoş əhval yaratmaq, həyatın gözəlliklərini
əks etdirmək məqsədini daşıyırdı. Bir-birindən kəskin surətdə fərqlənən
ağaclı kompozisiyalarının incə və zərif görünməsi üçün sıx toxuma
üsulundan istifadə edilirdi. Eyni zamanda, xalça toxuyan sənətkarlar
kompozisiyaların bir-birin­dən seçilməsi üçün yeni axtarışlar aparıb
digər bölgələrin xalçalarında, həmçinin başqa təsviri sənət növlərində
olan elementləri mənimsəyib yenilik, fərqlilik yaradırdılar. Ağaclı xalça-
larda təsvir olunan bitki və heyvanat aləmi reallığı, zərifliyi əks etdirirdi. Bu
da toxucuların peşəkarlığını və bu sahədə xüsusi ənənənin formalaşdığını
göstərirdi.
Xalça “Tağlı-ağaclı“ kompozisiyası əsasında tərtib edilmişdir. Xalçanın bədii
quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Şəkəri yerlikli ara sahənin aşağı hissəsində bir böyük ölçülü güldan, iki böyük və
dörd kiçik ölçülü ağac təsviri verilib.
Ara sahənin yuxarı hissəsində, mərkəzdə kənarları ləçəkli medalyon vardır. Medalyonun
sağ və solunda baş hissəsi içəriyə doğru əyilmiş ağac təsviri verilib. Şəkəri yerlikli ara sahənin
yuxarı hissəsi mehrab formalı, kənarları isə ləçəkli formaya malikdir. Aşağı hissədəki ağacla-
rın budaqlarında başını aşağı dikmiş çəhrayı, zoğalı, ağ, qara rənglərlə işlənmiş quş fiqurları
vardır. Aşağı hissədəki budaqlarda tutuquşular və onların balaları təsvir edilmişdir. Ağacların
gövdəsi və budaqları açıq-qəhvəyi və xına rəngində tərtib edilmişdir.
Budaqlardakı güllər üç, dörd, beş və altıləçəklidir. Güllər zoğalı-sarı, açıq-yaşıl,
qəhvəyi, sarı, sürməyi-sarı, açıq-qəhvəyi-sürməyi və ağ rənglərlə, yarpaqlar isə
qəhvəyi-qırmızı-sarı, açıq- yaşıl-sarı, qəhvəyi-açıq-yaşıl rənglərlə tərtib edilmişdir.
Ağacların gövdələrinin, budaqlarının və güllərin yarpaqlarının kənarları qara rəngli
“su”larla tamamlanır.
Xalçanın aşağı hissəsindəki güldanın içərisində gül dəstəsi vardır. Bu güllər rəng və
forma etibarilə ağaclarda təsvir edilən güllərin forması və rəngləri ilə eynidir. Güldanın
mərkəzinin aşağı hissəsində bir cüt qulp vardır. Güldana xüsusi görünüş gətirən bu qulplar
güllü, yarpaqlı çələngi xatırladır. Güldanın üzəri Təbriz xalçaları üçün səciyyəvi olan gül-
çiçək, yarpaq motivləri ilə bəzədilmişdir. Güldanın sağ və solundakı ağacların altında
tünd və açıq-qəhvəyi, sumağı, ağ, qara rənglərlə işlənmiş bir cüt quş təsviri vardır.
Xalçanın yuxarı hissəsindəki ağaclarda təsvir edilən quş fiqurları aşağı hissədəki
quşlarla eynidir. Yuxarı hissədəki ağacların altında başlarını yuxarı tutmuş maral
balalarının təsviri verilib. Ara sahənin yuxarı hissəsi, küncləri medalyonun və gül-
danın rəngi ilə eyni olub, üç, dörd, beşləçəkli güllü budaqlarla doldurulub. Yuxarı
künclərdə kənarları ləçəkli, sürməyi yerlikli medalyon təsvir edilmişdir. Medalyo-
nun içərisindəki ağac budaqlarında üzünü bir-birinə çevirmiş bir cüt quş təsviri verilib.
Ağacın altındakı çəmənlik açıq-yaşıl, ağacın gövdəsi və budaqları açıq-qəhvəyi, yar-
paqları açıq-yaşıl və sarı rənglidir. Çəmənliyin, ağacın budaqlarının, güllərin və yarpaq-
ların kənarları zoğalı rəngli “su”larla, medalyonların kənarları qara-şəkəri və zoğalı rəngli
“su”larla, künclərə doğru istiqamətlənən hissələri isə gül-çiçəklə tərtib edilmişdir.
Xalçanın sürməyi yerlikli ana haşiyəsi güllü, yarpaqlı budaqlarla bəzədilmişdir. Güllü,
yarpaqlı budaqlar ana haşiyənin künclərindən sağ və sol istiqamətə doğru şaxələnən
sağ, sol, yuxarı və aşağı haşiyələrin mərkəzindəki budaqlarla birləşir və haşiyənin
ümumi kompozisiyasını zənginləşdirir. Çiçəklər, yarpaqlar və budaqlardakı quşlar
haşiyəni canlandırır və yazın gəlişini xatırladır.
Xalçanın ana haşiyəsi hər iki tərəfdən sarmaşıq düzülüşü ilə işlənmiş güllü- çiçəkli,
yarpaqlı budaqlarla bəzədilmiş zoğalı yerlikli bala haşiyələrlə əhatə olunmuşdur. Bala
haşiyələri hər iki tərəfdən içərisi şəkəri, açıq-yaşıl “mollabaşı”larla bəzədilmiş şəkəri yer-
likli mədaxillər əhatə edir. “Mollabaşı”ların və mədaxillərin kənarları qara rəngli “su”larla
tamamlanır.
Təbriz xalçaları üçün səciyyəvi olan rəng təzadlığı bu xalçada yüksək peşəkarlıqla saxla-
nılıb.
Xalçada tətbiq edilən yumşaq, neytral rənglər bir-birinə son dərəcə əks olan kontrast
rənglərlə birləşərək, kompozisiyanı bir tərəfdən çox canlı nəzərə çarpdırır, digər tərəfdən hər
kəsi sakitləşdirən elementlərin rəngi ana və bala haşiyələrdə təkrarlanaraq, kolorit baxımından
yüksək keyfiyyəti aydın nəzərə çarpdırır. Öz kolorit xüsusiyyətləri etibarilə yüksək peşəkarlıq
səviyyəsinə malik olan bu xalça hər bir sifarişçinin zövqünü oxşayan, bazar üçün hazırlanmış
dəyərli məhsulun parlaq nümunəsidir.
Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdır. Saxlanma vəziyyəti əladır.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Bəzi hissələrində təmir işləri aparılıb.
1...,309,310,311,312,313,314,315,316,317,318 320,321,322,323,324,325,326,327,328,329,...362