327
Xalçanın sağ küncündə ana haşiyədəki medalyonun içərisində qədim İran şahlarının ən qədim sülaləsi olan Pişdadıyan
sülaləsinin VII padşahı Mənuçöhrün portreti verilib. Portretin altında “ “ (Mənuçöhr) yazılıb. “Şahnamə” qəhrəmanları
olan Kəyumərs, Hüşəng, Təhmurəs, Cəmşid və başqaları da həmin sülalədən olublar. Bir rəvayətə görə İrəcin oğlu, başqa
rəvayətə görə İrəcin qızının nəvəsi olub.
Xalçanın aşağı hissəsində, ana haşiyənin mərkəzindəki medalyonun içərisində İranın qədim əfsanəvi şahlarından olan
Cəmşidin nəvəsi, Pişdadıyan sülaləsinin altıncı hökmdarı Firidunun üçüncü oğlu İrəcin ( ) portreti təsvir edilib. Firidun
öz mülkünü üç oğlu arasında bölərək, İran ərazisini İrəcə vermişdir. Qardaşları Səlim və Tur bu bölgüdən narazı qalaraq,
paxıllıqdan İrəci öldürmüşlər. Firidun da, öz növbəsində, Səlim və Turu öldürərək, İrəcin oğlu Mənuçöhrü özünə vəliəhd
təyin etmişdir.
Xalçanın yuxarı hissəsindəki ana haşiyədə, soldan birinci medalyonun içərisində əfsanəvi Pişdadıyan sülaləsinin ikinci
şahı olan Hüşəngin (
) portreti verilib. O, Siyaməkin oğlu, I Kəyumərsin isə nəvəsi idi. Atası Siyamək dövrün vəhşi var-
lıqları olan divlərlə döyüşdə həlak olduğundan, babası Kəyumərs onu həmin divlərlə müharibəyə göndərir. Hüşəng divləri
məğlub edir və Kəyumərsdən sonra taxta çıxır. O, qırx il şahlıq edir. Daş və poladdan od almaq və qədim İran bayramı olan
Cəşni- Sədə onun adı ilə bağlıdır.
1...,317,318,319,320,321,322,323,324,325,326 328,329,330,331,332,333,334,335,336,337,...362