329
Xalçanın ana haşiyəsindəki boşluqlar açıq-qəhvəyi, sumağı, şəkəri rənglərlə işlənmiş güllü, yarpaqlı budaqlarla doldurul-
muşdur.
Ana haşiyə xaricdən içərisində qəhvəyi, şəkəri, sarı rəngli gül-çiçək, yarpaq dolu budaqlarla bəzədilmiş sürməyi yerlikli
bala haşiyə ilə əhatə olunub. Bala haşiyə xaricdən şəkəri rəngli diliklər işlənmiş sürməyi yerlikli mədaxillərlə tamamlanır.
Daxildən isə qəhvəyi, şəkəri rəngli diliklər işlənmiş mədaxillə əhatə olunub. Mədaxilin kənarları qara rəngli “su”larla ta-
mamlanır.
Ara sahəni əhatə edən şəkəri yerlikli ensiz haşiyə sumağı, şəkəri rəngli güllər və sarı rəngli yarpaqlarla bəzədilib. Ensiz
haşiyə daxildən kərpici, sarı rəngli diliklər işlənmiş, xaricdən isə sumağı, sarı rəngli “mollabaşı” motivləri ilə bəzədilmiş
mədaxillərlə əhatə olunub. Mədaxillərin kənarları qəhvəyi rəngli “su”larla tamamlanır.
Xalçada on iki rəng çalarından istifadə edilib. Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdandır. Xalça tarixi, bədii, elmi
əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
Ana haşiyədə soldan ən aşağıdakı medalyonun içərisində “Şahnamə” qəhrəmanı Firidunun (
) portreti təsvir edilib. Fi-
ridun Pişdadıyan sülaləsinin altıncı hökmdarı, Cəmşidin nəvəsidir. Atasını Zöhhak öldürdükdən sonra anası uşağı götürüb
gizlədir və onu inək südü ilə bəsləyir. Zöhhak münəccimlərdən eşitmişdi ki, onun axırına Firidun çıxacaq. Bu səbəbdən də
onu axtarmağa başlayır. Anası onu Elbor – Elbrus dağında gizlədir. Firidun on altı yaşına çatanda anası bütün əhvalatı ona
danışır və o, Kavə üsyanına qoşularaq, Zöhhakı devirib şahlığa keçir. Firidun özünü ikinci Zərdüşt adlandırırdı və qədim
zərdüştilik dinini zəmanəsinin tələblərinə uyğunlaşdırmağa çalışırdı.
1...,319,320,321,322,323,324,325,326,327,328 330,331,332,333,334,335,336,337,338,339,...362