326
Sağ tərəfdə, yuxarıdan ikinci medalyonun içərisində təsvir edilmiş portretin altında “ ” (Darab) adı yazılmışdır. Darab,
Dara və Daryus İranın qədim Əhəmənilər sülaləsindən olan üç padşahın adıdır. I Dara e. ə. 522 – 486-cı illərdə şahlıq etmiş,
ölkədə bir sıra inzibati, hərbi, iqtisadi islahatlar aparmış, işğalçı müharibələr nəticəsində böyük torpaqlar zəbt etmişdir.
Yunanıstanla etdiyi müharibələr isə uğursuz olmuşdur. O həm də Viştasbın oğlu Böyük Dara kimi tanınır. II Dara e. ə. 423
– 404-cü illərdə şahlıq etmişdir. I Ərdəşirin oğludur. Onun dövründə İran zəifləmiş, Midiya, Misir istiqlaliyyət qazanmışdır.
III Dara II Daranın oğlu olmuş, e. ə. 335 – 330- cu illərdə şahlıq etmişdir. Onun şahlığı dövründə Makedoniyalı İsgəndər
İrana həmlə etmiş və 331-ci ildə III Daranı məğlub etmişdir. İranın şərqinə qaçmış III Dara öz vassalı olan Bəlx valisi Besus
tərəfindən qətlə yetirilmişdir.
Sağ tərəfdəki ana haşiyənin mərkəzindəki medalyonda əfsanəvi türk xaqanı olan Əfrasiyabın (Alp Ər Tonqa) portreti
verilib. Portretin altında “
“ (Əfrasiyab) adı yazılıb. Qədim İran tarixinə görə o, Turun nəvəsidir; Turun adı ilə adlanan
Turan ölkəsinin ən böyük hökmdarlarından sayılır. Bir zamanlar İranı zəbt edərək, on iki il orada hökmranlıq etmişdir. Son-
radan iranlıların üsyanı nəticəsində ölkədən çıxarılmışdır. Firdovsinin “Şahnamə”sində Keykavusun oğlu Səyavuş Turana
qaçaraq, Əfrasiyabın yanına getmişdir. Əfrasiyab öz qızı Firəngizi ona ərə vermiş və ondan Keyxosrov dünyaya gəlmişdir.
Əfrasiyab Keyxosrov tərəfindən öldürülmüşdür.
Sağ haşiyədə, yuxarıdan-aşağı istiqamətdə dördüncü medalyonun içərisindəki portretin yanında “ ” (Qudərz) sözü
yazılmışdır. Qudərz İranın qədim dövrünə aid iki qəhrəmanın adıdır. Birinci Qudərzin atası Qarin məşhur Dəmirçi Kavənin
oğlu olub. Rəvayətə görə Dəmirçi Kavə İranı istila etmiş ərəb Zöhhakın əleyhinə üsyan edərək, onu taxtdan salmış və
Cəmşidin nəvəsi Firidunu onun yerinə oturtmuşdur. İkinci Qudərz isə Firdovsinin yazdığına görə Qudərzi-Gəsvadıqan
xanədanının banisi qızılpapaqlı Qəşvan kimi tanınan və Firidun dövrünün pəhləvanlarından olan Gəsvadın oğludur.
Qudərz Kavus və Keyxosrov dövrünün böyük pəhləvanlarından olub və onun oğlu Giv də pəhləvan olmuşdur.
1...,316,317,318,319,320,321,322,323,324,325 327,328,329,330,331,332,333,334,335,336,...362