328
Xalçanın yuxarı hissəsində, ana haşiyədəki soldan ikinci medalyonun içərisində “Şahnamə” qəhrəmanlarından biri və
əfsanəvi Pişdadıyan sülaləsinin üçüncü hökmdarı olan Təhmurəsin (
) portreti təsvir edilib. O, Hüşəngin qətlindən
sonra taxta çıxmış və divlərə qalib gəlmişdir. Onun zamanında böyük aclıq baş verdiyindən, əmr edir ki, varlılar gündəlik
yeməklərini yoxsullarla bölsünlər və hər iki təbəqə gündə bir dəfə yemək yesin. Keçi yunundan istifadə etmək onun adı ilə
bağlıdır. O, insanları Yaradana sitayiş etməyə təşviq edirdi. Bütpərəstliyi, cadugərliyi, sehrbazlığı günah sayırdı. Tarixçilər
bir neçə şəhərin salınmasını onun adı ilə bağlayırlar. Rəvayətə görə Əhrimən Təhmurəsi udmuş və sonradan Təhmurəsin
oğlu Cəmşid onu Əhrimənin qarnından çıxararaq dəfn etmişdir.
Xalçanın sol hissəsində, ana haşiyənin mərkəzindəki medalyonun içərisində əfsanəvi Pişdadıyan sülaləsinin altın-
cı padşa­hı olmuş Cəmşidin (
) portreti verilib. Rəvayətə görə o, ölümə qalib gəlmiş ilk bəşər olub. “Avesta”ya görə
Ahuraməzdanın öz dinini verdiyi ilk şəxs. Rəvayətə görə Cəmşidin zamanında üç yüz il xəstəlik və ölüm olmayıb. Sonradan
– o, yolunu azdıqdan sonra dünya dəyişib və ölüm geri dönüb. “Şahnamə”yə görə Novruz bayramı onun adı ilə bağlıdır.
Guya Cəmşid 700 il yaşamış və onun taxtını divlər gəzdirərmiş. Cəmşidi taxtdan salan Zöhhak olmuşdur.
Xalçanın sol hissəsindəki ana haşiyədə, yuxarıdan-aşağı istiqamətdə dördüncü medalyonun içərisində Zöhhakın (
)
portreti təsvir edilib. İran əfsanələrinə görə Zöhhak Pişdadıyan sülaləsinin beşinci hökmdarı olub; Cəmşiddən sonra taxta
çıxıb. Ərəb olduğu üçün onu Zöhhakı-tazı, yəni ərəb Zöhhakı adlandırırdılar. Rəvayətə görə onun çiyinlərində iki ilan var-
mış və hər gün onlara iki insan beyni yedirərlərmiş. Nəhayət, Dəmirçi Kavənin başçılığı ilə xalq bu zalıma qarşı üsyan edib,
onu taxtdan salır və Firidunu şah seçir. Şərq ədəbiyyatında Zöhhak qəddarlıq və zülmün rəmzi kimi yozulur.
1...,318,319,320,321,322,323,324,325,326,327 329,330,331,332,333,334,335,336,337,338,...362