20
20
Gəncə Azərbaycanın Şəddadilər və eləcə də Atabəylər
dövlətinin paytaxtı olmuş, eyni zamanda unikal Ar-
ran memarlıq məktəbinin formalaşıb rəngarənglik
qazanmasında əvəzsiz rol oynamışdır. Burada milli
üslubda inşa edilmiş müxtəlif karvansaray və qalalar,
müdafiə qurğuları və imarətlər, məscidlər və məbədlər
memarlığımızın parlaq nümunələri olaraq şəhərə bu
gün də xüsusi kolorit verir. Gəncə diyarı xalqımıza
dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini, söz
ustaları Məhsəti Gəncəvini və Mirzə Şəfi Vazehi bəxş
etmişdir. Gəncə öz qədimliyini və tarixiliyini qorumaq-
la yanaşı, dinamik inkişaf yolu tutaraq son illər ərzində
sürətlə müasirləşməkdədir. Şəhərdə bir sıra mühüm
infrastruktur layihələri uğurla həyata keçirilmiş,
Beynəlxalq Hava Limanı yenidən qurulmuş, Müalicə-
Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi,
mədəniyyət və istirahət obyektləri istifadəyə verilmiş,
yeni sənaye müəssisələri açılmışdır. Heydər-Əliyev
Fondunun dəstəyi ilə Cavad xan məqbərəsi, Şah Abbas
və HəzrətiZeynəb məscidləri, Comərd Qəssab türbəsi
və Gəncə darvazası bərpa olunmuşdur. Orta əsrlər
Azərbaycan memarlığının qiymətli abidələrindən sa-
yılan “İmamzadə” kompleksində isə əsaslı təmir və
bərpa işləri davam etdirilir. ”Beləliklə, Gəncə şəhəri və
Gəncə bölgəsi bütün tarixi dövrlər ərzində olduğu kimi
bu gün də Azərbaycanın həyatında önəmli yer tutur və
Respublikanın daha da inkişaf etməsində hərtərəfli iş-
tirak edir.
Gəncə şəhərindən görünüş.
Gəncə şəhərində fəvvarə.
1...,12,13,14,15,16,17,18,19,20,21 23,24,25,26,27,28,29,30,31,32,...100