26
26
lar keçələrlə yanaşı xovlu və xovsuz xalçalarla da bəzədilirdi. Xov-
suz xalçalardan palaz, cecim və kilimlər də öz yaraşığı ilə seçilirdi.
İpəkçiliyin inkişaf etdiyi Gəncə bölgəsində ən sadə yer xanası
üzərində toxunan ipək cecimlər şux rəng çaları, zərif naxışları, incə
toxunuşu, davamlılığı ilə hər bir ailədə öz istifadə yönünü tap-
mışdı.
Əl ilə toxunan istər xovsuz, istərsə də xovlu xalçalar ‒ məfrəş, xur-
cun, heybə, çuval, duz torbası, xalça üzlü mütəkkə və bu kimi digər
toxuma məmulatları məişət əşyası kimi Gəncədə qızlara verilən ən
önəmli cehizlər idi.
Gəncə xalçalarının bədii və texnoloji təsirini Qazax və Qarabağın
bəzi xalçalarında da izləmək mümkündür.
Gəncənin yüksəkliklərində toxunan xalçaların xovu, adətən,
daha uzun və qalın olurdu. Çünki onlar estetik əhəmiyyət daşımaq-
la yanaşı, soyuq vaxtlarda otağın isti saxlanılması üçün də nəzərdə
tutulurdu.
Gəncə xalçalarının özünəməxsus fərdi kolorit həlli də vardır.
Belə ki, cəlbedici palitralı Gəncə xalçalarında daha çox şux çalar-
lar izlənməkdədir. Ən çox istifadə edilən rənglər isə göy, yaşıl, sarı,
mavi, qara və şəkəri tonlardır.
Gəncə qrupu ən çox “Gəncə”, “Qədim Gəncə”, “Gədəbəy”, “Çı-
raqlı”, “Samux”, “Çaylı”, “Şadlı”, “Faxralı” kompozisiyaları ilə
tanınır. Burada toxunan xalçalardan “Samux”, “Çaylı”, “Faxralı”
çeşniləri sabit formalı, qapalı tipli, ara sahəsi göllərlə bəzədilmiş
bədii tərtibata malikdir.
Bədii quruluşu ilə seçilən “Qədim Gəncə” xalçasının əsas istehsal
mərkəzi Gəncədən şimal-qərbdə yerləşən Şəmkir rayon mərkəzi və
onun ətraf kəndləridir. Bu xalça spesifik bədii quruluşa malikdir.
Ara sahəsi sıra ilə ardıcıl və ya diaqonal şəkildə bəzənmiş zolaq-
lar və onların içərisində düzülmüş sərbəst “buta” elementləri çox
zövqlü görünür. Bu naxışlar fərdi bədii quruluşu və rəng həlli ilə
Bakı, Şirvan, Qarabağ, Sərab xalçalarında istifadə edilən “buta”
elementlərindən fərqlənir. Xalq arasında bu xalça “Gəncə”, “Qədim
Gəncə”, “Gəncə buta”, “Butalı Gəncə” adları ilə də tanınır. Gəncə
xalçalarının təsiri nəticəsində Qarabağda yaranmış “Xantirmə”
xalçası “Qədim Gəncə” xalçasını xatırladır. “Qədim Gəncə” çeşni-
sinin Gəncənin ticarət baxımından inkişaf etməsi ilə əlaqədar ola-
raq, keçmişdə buraya şərqdən gətirilən tirmə parçalarının dizayn
tərtibatının təsiri altında meydana gəlməsini güman etmək olar.
Xalça fraqmenti. Yun. Xovlu. XVIII əsrin sonları.
Gəncə qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
Xalça. Yun. Xovlu. XIX əsrin əvvəlləri.
Gəncə qrupu. Azərbaycan.
1...,18,19,20,21,22,23,24,25,26,27 29,30,31,32,33,34,35,36,37,38,...100