28
28
fəlsəfəsinə görə cənnətin, daha sonralar isə oğuz boylarına mənsub olan damğaların rəmzi sayılmışlar.
Bu zaman ərzində onların təsvir formaları bir çox bədii, tarixi, fəlsəfi təsirlərdən assimilyasiyaya uğra-
mış, stilizə edilmiş yeni ifadə formalarında xalçalar üzərində toxunmuşdur. Məhz bu təsəvvürlərdən irəli
gələrək çox zaman Gəncə xalçalarında toxunan gölləri əhatə edən qarmaq və ya caynaq adlanan elementlər
yaranmışdır. Əsasən yırtıcı ov quşlarının simvolu olan qartal qədim türklərə, oğuzlara məxsusdur. Məhz
Gəncə qrupuna aid bir çox xalçalar üzərində nəinki caynaq, bəzi hallarda hətta stilizə edilmiş quş, qartal
başlarının belə təsvirləri toxunmuşdur.
Beləliklə, Azərbaycan xalçalarının Gəncə qrupunun sənətkarlıq xüsusiyyətlərinin ümumi səciyyəsindən
bəhs etdik. Gəncə qrupunun formalaşması prosesini daha dərindən başa düşmək üçün indi də bölgənin
əsas xalçaçılıq məntəqələrini müasir inzibati ərazi bölgüsü üzrə nəzərdən keçirək.
Xalça fraqmenti. Yun. Xovlu. XVIII əsrin sonu. Gəncə qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
“Butalı Gəncə” xalça fraqmenti. Yun. Xovlu. XIX əsrin əvvəli. Gəncə qrupu. Azərbaycan.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...100