27
27
Gəncə qrupu xalçalarından biri də Borçalı mahalının Faxralı
kəndinin adı ilə bağlıdır. Bu xalçalar Gəncə qrupunun ən çox tanı-
nan, fərdi bədii quruluşa malik xalçaları olmuşdur. Bir qayda olaraq,
bu xalçalar kiçik ölçülərdə toxunmuş və namaz üçün nəzərdə tutul-
muşdur. Xalçanın başı mehrab təsvirli konturlarla dövrələnmiş, ara
sahəsinin içərisində həndəsi formalı göl təsvir edilir. Mehrab təsviri
xalçadan istifadə məqsədini bir daha təsdiqləyir. Buna görə xalq
arasında bu xalçalar “Canamaz” da adlandırılır.
Gəncə xalçalarının naxışları əsasən həndəsi formalı bəzək
elementlərindən ibarətdir. Onların heç biri sadəcə görüntü olaraq
vizual məna kəsb etmir. Hər bir naxışın öz mənası və təyinatı var-
dır. Məhz bu səbəbdən də xalçalardan müxtəlif mərasimlərdə ‒ qız-
lara elçi gəldikdə, yas və ya dəfn mərasimində, nəzirlik, cehizlik,
namazlıq üçün, fala baxma zamanı, xatirə olaraq, uşaq dünyaya
gəldikdə və s. istifadə edilmişdir. Bu rəmzilikləri nəzərə alaraq
naxışların nə qədər arxaik dövrə aid olduğunu təxmin etmək olar.
Yuxarıda göstərilənlərə əsasən təxmin etmək olar ki, ən qədim
zamanlarda xalçaların hər bir evdə, hər kəsin istifadəsində olma-
sı mümkün olmamışdır. Xalça naxışlarına, onların mənasına görə
uyğun məqamlarda, məhdud insanların istifadəsində olmuş, saray-
ların bəzəyinə, şahların hədiyyəsinə çevrilmişdir. Sonralar xalqın
istifadəsində geniş yayılmış, əmtəə malına çevrilmişdir. Gəncədə
toxunan xalçalar üzərində hicri təqvimi ilə onun istehsal tarixi, us-
tanın adı, mənsubiyyət bildirən şərti nişanlar belə toxunmuşdur.
Gəncə toxucularının xalçalarda ən çox istifadə etdikləri ətrafları
pilləli göl, qarmaqlı naxış, romb, xaçabənzər, üçbucaq, səkkizguşəli
ulduz, ceyran, quş, damğa təsvirləridir. Naxışların digər qismi gül
formasından və ya fantastik heyvan təsvirlərindən ibarət olub, ki-
çik ölçülərdə toxunduqları üçün xalçalarda aparıcı mövqe tutmur-
lar. Bu naxışlarda tarixin neçə-neçə qatı var. Bu təsvir üslublarının
analoqu heç bir başqa xalqda yoxdur. Onlar Azərbaycan ərazisində
olan qaya təsvirləri ilə, saxsı qablar üzərindəki motivlərlə səsləşirlər.
Gəncə xalçaları üzərində toxunan naxışların mənası bu günədək
tamlığı ilə öyrənilməmişdir, bəlkə də, onların mənasını bütünlüklə
açmaq heç mümkün də deyil. Lakin onlardan bir qismini şərh etmək
olar. Bunlar inanclardan irəli gələn naxış növləridir – səkkizguşəli
ulduz səma cisimlərinə inamdan yaranmış, romb dünyanın qadın
başlanğıcı, artım, bolluq rəmzi, xaçabənzər motiv dünyanın yaranı-
şını göstərən dörd ünsür, dörd qütb, pilləli göllər Yaradana doğru
aparan ilahi yüksəliş yolu, üçbucaq yenə də səmaya, Tanrıya gedən
yol kimi yozulur. Bunlardan başqa, quş obrazı kimi elə elementlər
də vardır ki, onlar miladdan öncə günəşin, səmavi dünyanın, İslam
Xalça. Yun. Xovlu. XIX əsrin sonları.
Gəncə qrupu. Azərbaycan.
Məfrəş. Yun. Xovsuz. XIX əsrin sonları. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...100