25
25
əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli
əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, on-
ların ifadəsi xalçalarda öz əksini tapmışdır. Mifoloji quşlar, heyvanlar,
həmçinin, dünyaya yanaşma tərzindən irəli gələn semantik elementlər
bu bölgənin xalçaları üçün spesifik idi. Azərbaycanın müxtəlif xalça-
çılıq qrupları ilə sıx əlaqəsi duyulan Gəncə
xalçalarının bu ərazidə yaşayan insanların
düşüncə və hisslərinin əsas müstəvisi kimi
çıxış etdiyini söyləmək olar.
Gəncə xalça qrupunun başlıca istehsal
məntəqələri əsasən Gəncə şəhəri, onun
ətraf kəndləri, habelə müasir Gədəbəy,
Goranboy, Şəmkir, Göygöl, Daşkəsən və
Samux rayonlarından ibarətdir. Təbii ki,
bu məntəqələrin hər birində toxunan xalça-
lar özlərinə məxsus formaları ilə seçilirlər.
Ümumilikdə isə Gəncə xalçalarının xarak-
terik xüsusiyyətləri onların nisbətən uzun-
sov, habelə hündür xovlu, müxtəlif ilmə sıx-
lığında və naxışlarının nisbətən iri həcmdə
olmasıdır. Xovsuz xalçalara da müxtəlif sıx-
lıqda rast gəlinir. Gəncə bölgəsində o qədər
də iri olmayan xalçaların toxunması üçün
evlərdə və ya həyətdə quraşdırıla biləcək
daşınan kiçik xanalardan, daha böyük ölçü-
lü xalıların toxunması üçün isə iri stasionar
xanalardan istifadə edilirdi. Bu xanalara
ərişin çəkilməsi prosesi bir neçə peşəkar us-
tanın əməyi ilə həyata keçirilirdi.
Qədim toxuculuq mərkəzi olan Gəncədə
keçmişdə xalçaçılıqla yanaşı, maldar-
köçmə təsərrüfatlarında geniş istifadə olu-
nan keçələr hazırlanması ilə məşğul olan
keçəçilik sənəti də yayılmışdı. Bu ərazinin
əsasən dağlıq sahələrində köç zamanı
dəyələrin üstünün və ətrafının örtülməsi,
yerinin döşənməsi, arabaların üzərinə
çəkilməsi üçün yerli ustalar tərəfindən ha-
zırlanan keçələr çox faydalı idi. Keçələr,
adətən, ağ və qara rəngli yundan hazırla-
nırdı. Dəyələr də üzərinə çəkilən keçənin
rəngindən asılı olaraq “ağ dəyə” və ya
“qara dəyə” adlandırılırdı. Sözsüz ki, çadır-
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
Xalça fraqmenti. Yun. Xovlu. 1890-cı il Gəncə qrupu. Azərbaycan.
Xalça. “Namazlıq”. Yun. Xovlu. 1911-ci il. Gəncə qrupu. Azərbaycan.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...100