23
23
Gəncə şəhəri, onu əhatə edən rayonlar bir-biri ilə tarixən sıx iq-
tisadi və mədəni münasibətlərdə olduğundan bu ərazidə yaşayan
əhalinin oxşar dəyərləri formalaşmışdır. Bu bölgədə qədimdən ya-
şayan əhali adət-ənənə, məişət, təsərrüfat münasibətləri baxımından
çox yaxın olmaqla yanaşı, həmdə eynimədəni inkişaf yolukeçmişlər.
Gəncə ətrafında sonralar yaradılan Daşkəsən, Gədəbəy, Samux,
Göygöl, Goranboy, Şəmkir kimi rayonlar və onların ərazisi qədim
yaşayış məntəqələri olub, tarix boyu Gəncənin iqtisadi və mədəni
həyatında fəal rol oynamışlar. Etnoqrafik anlamda bu məntəqələrin
yaxınlığı konkret nümunələrlə daha da qabarıq görünür. Məişətdə
böyük yer tutan xalça və xalça məmulatlarının hazırlanmasında bu
bölgənin əhalisi ayrı-ayrılıqda böyük nümunələr yaratsa da, texno-
logiya, rəng həlli baxımından eyni üsluba əsaslanmışlar. Bu üzdən
də burada toxunan xalçaların eyni qrupda cəmləşməsi yaradıcılıq
və tədqiqat baxımından zəruridir.
Bu ərazidə olan saysız-hesabsız yaşayış məskənləri ‒ nekropol-
lar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar,
körpülər, qəbirüstü sərdabələr, eləcə də, qəribə formalı daşlar, at,
qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar yerli əhalinin
tarixindən, dünyagörüşündən, etnik mənsubiyyətindən xəbər ve­
rir. İstər yer-yurd və coğrafi adlar, istərsə də müasir dövrədək
gə­lib çatmış folklor nümunələri vaxtilə bu ərazidə yaşamış Azər­
bay­can türklərinin (azərbaycanlıların) keçmişini, zəngin mədə­
ni irsini özündə təcəssüm etdirir. Buranın yerli əhalisi sənətkar­
lıq, əkinçilik və heyvandarlıqla məşğul olmuş, təbiətin bəxş et­diyi
nemətlərdən səmərəli istifadə etmişdir. Yerli əhalinin zəngin tə­
xəyyülünün məhsulu olan folklor, mif və əsatirlər, nağıllar, poetik
nümunələr burada yurd salmış insanların həm də dünyagörüşünün
göstəricisidir. Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən
mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs ye-
rin tarixçəsini özündə yaşadan hekayətlər də yaranmışdır. Böyük
mədəni tarixi əks etdirən qədim yaşayış məntəqələrindən tapılan
məişət və bəzək əşyaları, silahlar ayrı-ayrılıqda bir sənət incisi kimi
dəyərləndirilə bilər. Bu nümunələr yerli əhalinin estetik görüşləri­
ni tam şəkildə əks etdirməklə bərabər, sənətkarlıq ənənəsinin zən­
ginliyini, çoxcəhətliliyini göstərir.
Rəngarəng və zəngin təbiətə malik olan Gəncə və ətraf rayon-
lar, əsasən, dağlıq və dağətəyi bölgə hesab olunur. Bol sulu çaylar,
çəmənliklər bu ərazini xüsusilə heyvandarlıq üçün yararlı etmişdir.
İqlimzolağı bu bölgəyə xüsusi rəng və çalar verir. Samux, Goranboy,
Şəmkir rayonları zəngin bağları, üzümlükləri, subtropik bitkiləri ilə
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
Xalça fraqmenti. Yun. Xovlu. XVII əsr.
Gəncə qrupu. Azərbaycan.
Xalça. Yun. Xovlu. XVIII əsrin sonları.
Gəncə qrupu. Azərbaycan.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...100