24
24
seçilirsə, Gədəbəy və Daşkəsən daha çox alp çəmənlikləri və
dağ bitkiləri ilə məşhurdur. Əsasən palıd, vələs, çinar, armud,
alma, gilas, qoz, zoğal və alça ağacları ilə zəngin olan meşə
örtükləri ilə yanaşı, bu yurd yerinin çöllərində yovşan, rən­
garəng bitkilər, qayalarında isə cürbəcür kollar bitir. Relye­
fin mürəkkəb və çoxcəhətli olması onun bitki aləmini də tək­
rarsız edir. Yüksək dağları, rəngarəng gülləri və çiçəkləri ilə
min bir rəngə çalan alp çəmənlikləri özlüyündə, sanki, böyük
bir xalça timsalıdır. Bu amillər həm heyvandarlığın, xüsusilə
də, qoyunçuluğun inkişafını təmin etməklə keyfiyyətli yu-
nun, həm də təbii boyaqların alınmasını şərtləndirir.
Gəncədə toxuculuq çox inkişaf etmişdi. Ənənəvi parça
növləri bəzən bu və ya digər geyim üçün nəzərdə tutulub,
məxsusi miqdarda toxunulurdu. Belə halda geyim növü ilə
parçanın adı eyniləşirdi. Bunu cecimlərə də aid etmək olar.
Cecim toxunuşlu «yorğanüzü», «döşəküzü», «canamaz»,
«yük pərdəsi», «taxça pərdəsi», «mütəkkə üzü» və s. bu
qəbildən olub ədədi qaydada toxunur, həm parçanı, həm də
məmulat növünün adını bildirirdi.
Gəncə bölgəsinin əksər kəndlərində bez də toxunurdu.
Bu cəhətdən Samux əhalisi xüsusilə fərqlənirdi. Onlar əla
xalçalar, ipək və yarımipək parçalar toxumaqla yanaşı, «cala-
maya» adlanan yüksək keyfiyyətli pambıq parça (zərifağ) da
istehsal edirdilər. Pambıq sapının ən nazik növündən tənzif,
onun ikiqat və ya üçəm bükdərilmiş növündən isə calamaya
(nazik ağ) istehsal olunurdu. Calamaya sıx toxunmuş pambıq
parça növü olub, ən çox Gəncədə toxunmuşdur.
Azərbaycanda yun məmulatı istehsalının meydana gəl­
məsində müxtəlif növ xammal ehtiyatının ‒ qoyun yunu,
dəvə yunu, qəzil və s.-lə yanaşı, təbii boyaq bitkilərinin bollu-
ğu da həlledici rol oynamışdır.
XIX əsrin sonlarında Azərbaycanda yun ehtiyatının bol-
luğuna görə Gəncə və onun ətraf rayonları mühüm yer tu-
turdu. Tarixi mənbələrdə bu bölgədə yüz minlərlə baş qoyu-
nun olması haqqında məlumat var. Bu da həmin dövrdəki
yun ehtiyatının kəmiyyətindən xəbər verir. Bu bolluq yun
məmulatının müxtəlif növlərinin yaranmasına rəvac ve-
rirdi. Gəncə xanımları çöl işlərindən azad olduqları üçün
onların əsas məşğuliyyəti bir-birindən gözəl xalça və xal-
ça məmulatları toxumaq idi. Gəncə ilə bağlı 1841-ci ilə aid
məlumata əsasən demək olar ki, hər bir kənddə qadınlar xal-
ça, palaz, çul, çuval, məfrəş və «mahud» adlanan çox zərif və
yüksək keyfiyyətli şal toxuyurdular. Şalın hər bir ədədinin
uzunluğu 7 arşın (0,71m), eni 4 (arşının dörddə biri, yaxud
17,75 sm) çərəyə çatırdı. Keyfiyyətindən asılı olaraq, şalın hər
bir ədədi o zamanın pul məzənnəsi ilə 7 manatdan 10 gümüş
manatadək qiymətləndirilirdi.
XIX əsrdə Azərbaycanda peşəkar tikmə sənətinin cəm­
ləşdiyi yerlərdən biri də Gəncə idi. Gəncə ətrafında təkəlduz
tikmələrin «gəzmə» və «doldurma» növləri geniş yayılmışdı.
Bu ərazidə yaşayan varlı ailələr alaçıqlarının üstünü ağ rəngli
keçə qəliblərlə örtməyi üstün tutardılar. Bu səbəbdən də on-
lar ağ rəngli yundan keçə qəliblər basmağı sifariş edərdilər.
Gəncə bölgəsi əhalisinin məişətində xalça və xalça mə­
mulatları əsas yer tutur. Gəncə və onun ətrafında müxtəlif
ölçülü xalçalarla, kilimlərlə bərabər namazlıqlar, çullar və di­
gər toxunma məmulatları da var idi. Zəngin təbiəti bu bölgə­
nin xalçalarına xüsusi çalarlar vermiş, onun rəng kompozi-
siyasının həllinə çoxçeşidli boyalar bəxş etmişdir. Al-əlvan
boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən
Xalça fraqmenti. Yun. Xovlu. 1900-cü il.
Gəncə qrupu. Azərbaycan.
Xurcun. Yun. Xovsuz. 1905-ci il.
Gəncə qrupu. Azərbaycan.
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...100