78
78
Xalça indiki Goranboy rayonunun Səfikürd kəndində toxunmuşdur. Səfikürd kəndi qədim yaşayış məskənlərindəndir.
Kəndin yaxınlığında əski yaşayış yеri və kurqanlar (еradan əvvəl II minilliyin ikinci yarısı-I minilliyin əvvəlləri) var. Yaşa-
yış yeri və kurqanlar kənddən 15 km şərqdə yеrləşir. Arxeoloji qazıntılar zamanı 2 hektara yaxın ərazini əhatə edən yaşayış
yerindən saxsı qablar ‒ cam, bərni, küpə, parç və s. tapılmışdır. Kurqanlar 10 hektara yaxın sahəni əhatə еdir. Arxeoloji
qazıntılar zamanı burada aşkar edilən VI-XII əsrə aid Şətəl qalasının qalıqları kəndin keçmiş tarixindən xəbər verir. Bura-
da tapılan qədim yaşayış məskəni və oradan əldə edilən məişət əşyaları bu ərazinin mədəniyyəti haqqında da təsəvvür
yaratmağa imkan verir. Xalçaçılıq ənənəsi də burada dərin köklərə malikdir. Bunu toxunmuş xalçaların bədii quruluşu və
naxış həlli də təsdiq edir.
Xalça çox mükəmməl toxunuşa malikdir. Keyfiyyətli yun, təbii boya, peşəkar toxunuş bu xalçaları digərlərindən
fərqləndirən əsas amildir. Bu xalçalar özlərinin rəng ahəngi, tonların həzinliyi ilə digər qruplarda toxunan xalçalardan
tam fərqlənir. Bu bölgənin boyaqçılarının istifadə etdikləri boyama üsulları fərdi peşə sirlərilə zəngin idi. Hər ustanın öz
üsulu, hər məhəllənin öz alıcıları vardı. Onlar yazın erkən çağında çöl çiçəklərini, otun köklərini, payızda isə sarı rəngi
almaq üçün tut ağacının saralmış yarpaqlarını yığırdılar. Sarı rəngi, həmçinin, yabanı almanın qabığından alırdılar. Yun ip-
liyi boyamaq üçün soğanın qabığından, üzüm tənəyinin, yovşan və zirincin qısa budaqlarından, narın qurudulmuş qabığı
və təzəcə yetişən qozun yaşıl qabığından istifadə edirdilər. Minerallardan, həmçinin ağaclardan – çinar, palıd, söyüd ağacı
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84,85,86,87,88,89,90,...100