61
Zəngəzur dağları.
Daş sənduqə. XV-XVI əsrlər.
Zəngəzur mahalı, Sisyan, Urud kəndi.
Qədim türk inancına uyğun göy mələyinin daş rəsmi.
Zəngəzur mahalı, Sisyan.
Daş sənduqə. XV-XVI əsrlər.
Zəngəzur mahalı, Sisyan, Urud kəndi.
Zəngəzurmahalının digər bir bölgəsi Gorus rayonudur.
Öz gülləri və çayları ilə məşhur olan bu rayon, əsasən,
azərbaycanlıların yaşadığı bir ərazi olub. Ağbulaq, Qurd­
qalaq, Şurnuxu kəndlərində də xalçaçılıq məntəqələrinin
olduğu tarixi faktlarla öz təsdiqini tapmışdır.
Zəngin təbiəti, bağları ilə şöhrət qazanmış Mehri
bölgəsi Zəngəzur mahalına daxil olmaqla, Naxçıvan, Qa­
rabağ və Cənubi Azərbaycanın qovuşuğunda yerləşir.
Mehrinin Lök, Əldərə, Lehvaz, Maralzəmi, Nüvədi kənd­
lərində qədim ənənə əsasında mükəmməl hesab edilən
sənət əsərləri yaratmış toxucular yaşamışdır və onlar
yüzilliklər boyunca incə, dərin məzmun daşıyan naxışla­
rı xalça, kilim, məfrəs, çul, xurcun və heybələrin üzərinə
həkk etmişlər.
İrəvan şəhərindən 227 km cənubda yerləşən Sisyan
bölgəsi Zəngəzur mahalının böyük tarixə malik olan
ərazilərindən biri hesab edilir. İri yaşayış məntəqələri
olan Ağudi, Ağkənd, Vağudi, Qarakilsə, Şıxlar, Qızılcıq,
Dəstəkerd, Murxuz, Urud, Comərdli, Şəki kəndlərində
xalçaçılıq ənənəsi davam etdirilmiş, bölgə özünün
rəngarəng, şux xalçaları ilə şöhrət qazanmışdır.
Zəngəzur xalçalarına dair qeyd edilənlərdən aydın
olur ki, burada toxunmuş kilimlər nəfis tərtibatı ilə
göz oxşayır; bu mahalda “qoşabuynuz”, “qarmaqlı”,
“S” şəkilli,“T” hərfinə bənzər, dörd, altı, səkkiz, on iki
ləçəkli güllər, spiral şəkilli, ox işarəli,“məşəl”, “şam­
dan”,“damğa” adlandırılan motivlər çox yayılmışdır.
Azərbaycan xalçaları / İrəvan QRUPU
1...,53,54,55,56,57,58,59,60,61,62 64,65,66,67,68,69,70,71,72,73,...116