60
Urud körpüsü. XIV əsr. Zəngəzur mahalı, Sisyan.
Qoşundaş abidəsi quruluşuna və formasına görə türk-
oğuz inanclarından və adətlərindən irəli gələn daş ele­
mentlərin toplusudur. Nüvədi kəndindəki Qarğı da­şı da­
ğındakı qəbirüstü yazılar və onun açılışı türk-azərbaycan
izlərindənxəbər verir. Urudkəndindən tapılanməzarüstü
daşlardakı XV-XVI əsr təsvirləri, buradakı naxışlar özü­
nün orijinal təsvirləri ilə bu yurdun Azərbaycanın tərkib
hissəsi olduğunu aydın göstərir. Şeyx Rza Amrusal,
Əliyar, Şahnəzər, Çələbi nəsillərinə aid olan qəbirlər, istər
naxışları ilə, istərsə də ərəb əlifbası ilə yazılan xəttatlıq
nümunəsi sayılan qeydləri ilə burada yaşayan əhali haq­
qında ətraflı məlumat ötürür. Bu məzarüstü daşlardan
biri xüsusilə maraqlıdır. Üzərində hicri təqvimlə “992-ci
il” (1584), “Aysoltan” yazılmış daşın üzərində iki toxu­
cu qadın təsvir edilmiş, xana, daraq, və xalçaçılığa aid
digər təsvirlər verilmişdir. Bu bir daha sübut edir ki, hələ
qədimdən bu ərazidə azərbaycanlılar xalçaçılıqla məşğul
olmuşdur. Bu bölgədə itib-batmış şəhərlərin izlərinin
də olduğu söylənilir. Bölgədəki Şəki kəndinin tarixi bu
ərazidə qədim şəhərin olduğunu söyləməyə əsas verir.
Qədim Azərbaycan mahnısı olan “Apardı sellər Saranı”
mahnısı burada təsvir edilən hadisənin, adıçəkilən yer
adlarının bu bölgə ilə bağlılığını göstərir.
Zəngəzur mahalına aid olan Qafan bölgəsi dağlıq ra­
yondur. Qərbdən Bərgüşad dağları, Şimaldan Zəngəzur
sıra dağları ilə əhatə olunur. Bu bölgənin Aralıq, Atqız,
Açağu, Acıbac, Baydak, Qaraçimən, Qatar, Kığı, Çay­
kənd, Xələc, Ciriş, Şəhərcik kimi kəndlərində və Qafan
şəhərinin mərkəzində xalçaçılıq məntəqələri olmuşdur.
Gorus yolu.
Daş sənduqə. XV-XVI əsrlər.
Zəngəzur mahalı, Sisyan, Urud kəndi.
Mağaralar. Gorus dağları.
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68,69,70,71,72,...116