Qarabağın Xocavənd, Ağ­oğ­lan və başqa ərazilərindən
də zəngin maddi mə­dəniyyət qa­lıqları tapılmışdır.
Hələ antik dövrdən Qa­ra­bağ­da Bərdə şəhəri məşhur idi.
Bər­də həm iqamətgah, həm hər­bi qala, həm ticarət mərkəzi,
həm də möhtəşəm sə­nət­karlıq mər­kəzi olmuşdur.
IX əsr ərəb tarixçisi İbn Hövgəl Bərdə şəhərindən bəhs edərkən onu “Arra­
nın anası” adlandırmışdır. Mənbələrin verdiyi məlumata görə, VII-X əsrlərdə
Bər­dədə 100 mindən çox adam yaşamışdır. Şəhərdə dörd böyük bazar, xüsu­si
sənətkarlıq mərkəzləri mövcud olmuşdur. Bu dövrdə Bərdə ipəyi İrana, Xu­
zis­tana ixrac edilir, xüsusi sifarişlə ipək xalçalar to­xunurdu.
Başqa bir müəllif Əl-Müqəddəsi isə yazırdı ki, Bərdə baş şəhər olub, bu
vila­yə­tin Bağdadıdır. Müəllif gözəl Qarabağ xalçalarından, xüsusən misli
bərabəri olmayan “Bərdə” xalçaları haqqında məlumat verir.
Ərəb müəllifi Əl-İstəhri (X əsr) Bərdədən Hindistana ixrac edilən qızılı
boyaq maddəsi (boyaqotu-marena) barədə, Əl-Müqəddəsi, Hövqəl isə al-
qırmızı boya alınan və hətta, Avropaya ixrac edilən “qırmız” adlı qurdlar
barədə məlumat verir.
XI-XII əsrlər Azərbaycanın çiçəklənməsi, onun iqtisadiyyatının yüksəlişi,
şəhərlərinin genişlənməsi, bir çox sənətlərin inkişafı dövrüdür. Bu dövrlərdə
bir çox bölgələrlə yanaşı, Qarabağ bölgəsinin xalçaları da Yaxın Şərq bazar­la­
rın­da böyük şöhrət qazanmışdı.
XIII əsrin I yarısında və XIV əsrin ortalarında uyğur (türk) və Çin mə­
də­niy­yətinin güclü təsirinə məruz qalan monqollar həmin mədəniyyətlərin
elementlərini Azərbaycana da gətirmişdilər. Nəticə etibarı ilə Azərbaycan
incəsənətində, ilk növ­bə­də xalçaçılıqda yeni süjetlər, kompozisiyalar meydana
çıxırdı. Tətbiqi sənətin ən in­kişaf etmiş sahələrindən biri olan xalçaçılıqda
tətbiq edilən süjet və kompo­zi­si­ya­lar Qarabağ xalçalarında da öz əksini
tapmışdır.
XV-XVI əsrlərdə də Azərbaycan incəsənətində, xüsusilə xal­ça­çılıq
sahəsində irəliləyiş var idi. Bu dövrlərdə avropalıların məi­şətinin əsas bə­zə­
yi olan Azər­baycan xalçaları bir çox Av­ro­pa rəssamlarının tablolarında təs­
vir edilmişdir. Təsvir edilən xal­­çalar sırasında Qa­rabağ xal­ça­ları xüsusi yer
tutur. Qarabağ qru­puna daxil olan “Muğan” xal­ça­sı Hans Memlingin (XV əsr)
“Mər­­yəm körpəsi ilə” və “Bir gən­cin portreti” tablolarında gö­rü­nür.
Səfəvilər dövləti hakimiyyəti dövründə (1501-1736-ci illər) xal­ça­çı­lıq
istehsalı mərkəzləri sü­rətlə inkişaf etmişdi. Bu dövr­lər­də Qarabağ bölgəsində
də nə­fis xalçalar istehsal edilirdi.
XVIII əsrdə Qarabağ xalça­çı­lıq məktəbi, əsasən, Azər­bay­ca­­nın “incisi” ad­
lan­dırılan Şu­­şa­da cəmlənmişdir.
Bu xalçalar ilk əvvəl Xocavənd adlandırılırdı. XVIII əsrdən Xocan, XIX
əsr­dən isə Şuşada yayıldığı müd­dətdə onlar “Qoca” adı ilə məş­hur olurdular.
Əslində “Qoca” xal­ça­la­rının adı Xocavənd kəndinin adı ilə bağlıdır.
Azərbaycanın Şuşa şəhəri hələ qədim zamanlardan özünün bənzərsiz
xalçaları ilə şöhrət qazanmışdır. Xalqın milli ənənələrindən bəh­rə­lə­nən xalça
sənəti bu bölgədə müəy­yən inkişaf mərhələləri keçmişdir.
1840-1850-ci illərin statistik məlu­mat­larına görə Şuşa şəhərində sənət­kar­
la­rın sayı iki dəfə çoxalmışdı ki, onların xeyli hissəsini xalçaçılar təşkil edirdi.
Şuşada xalça sənətinin əhalinin əsas məşğuliyyətlərindən birinə çev­ril­
Sürü otlaqda.
Qarabağ.
Ticаrət körpüsü.
Bərdə. XII-XIV əsrlər.
16
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...68