15
Qarabağın Üzərliktəpə əra­zi­­si Qafqazda ilk şəhərtipli ya­şa­­yış məskən­
lərin­dən ol­muş­dur. Qazıntılar zamanı mə­lum ol­muşdur ki, hazırda hün­
dürlü­yü 6-7 m. olan Üzərliktəpədə təx­minən eramızdan əvvəl II mi­nil­liyin
sonunda 3,5 m. hün­dür­lükdə yaşayış məskəni sal­mış sakinlər “hə­rəkət edən
ocaq“, yəni gildən düzəldilmiş və bir yerdən başqa yerə aparıl­ma­sı mümkün
olan manqalvari kü­rəciklərdən də istifadə etmiş­lər. Üzərliktəpədə artıq bu
dövr­də bitki­lər­dən boyaq rəngi al­mağın sirlərinə bələd olmuşlar və həmin
boyaqlar va­sitəsilə məişətdə işlətdikləri gil qabların bir çoxunu rəngləmiş­
dilər. Bu məq­sədlə onlar, baş­lıca olaraq iki rəngdən-qara və qırmızıdan
istifadə etmişlər.
Arxeoloji qazıntılar zamanı mə­lum olmuşdur ki, yerli əhali ara­sında əkin­
çi­lik və maldarlıq­la yanaşı, toxuculuq, boyaq­çı­lıq, dulusçuluq və me­taliş­lə­mə
sa­hələri daha çox in­kişaf etmişdir.
Qədim dünyanın mədəni mər­kəzlərindən biri olan Xoca­lıda arxeoloji qa­
zın­tılar zamanı maddi-mədəniyyət qa­lıq­ları top­lan­mışdır. 3-4 min il bundan
əv­vəl bu ərazidə yaşayan s­a­kin­lərin həyatında sənətkarlıq əsas sahələrdən
biri ki­mi xüsusi yer tutmuşdur.
“Şərq” orkestri Qarabağ xalçaları
önündə.
Şərq Xalqlarının I Qurultayı. 1920-ci il.
Qədim sakinlərin məişə­tin­də
sümük alətlərinin də rolu
az ol­mamışdır. On­lar sümük­dən,
əsa­sən, toxuculuq alətləri və
ti­kiş üçün iynələr hazırlayırdılar.
Azərbaycan xalçaları
/
QARABAĞ QRUPU
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...68