23
dür. Bu motivlər xalçada yalnız köməkçi element ola­
raq daraqla yun darayan və ya körpəsi ilə əl-ələ tutmuş
qadın, yaxud ailə üzvlərinin tam birgə qrup kimi vahid
süjet şəklində toxunurlar.
Bir çox qədim “sumax” xovsuz xalçalarında isə hətta
insan sü­jet­lərinin mücərrəd və ya yarımçıq bədən ha­
lında təsvirinin də şahidi olmaq olar. Başsız bədən,
ayaq, qolların incə cizgilər şəklində və ya başın üçbu­
caq və digər ətrafların çöpəbənzər for­mada toxunma­
sı eramızdan əvvəllərə aid dulusçuluq məmulatları
üzə­rində olan ən primitiv insan təsvirlərinə çox ya­
xındır. Qubanın “Pirəbədil” xalçası üzərində isə
oda sitayiş edən insan obrazının toxunması ənənəsi
əcdadlarımızın ilkin oda sitayiş etmə tə­səvvürləri ilə
səsləşir.
Bəzi Quba xalçaları üzərində toxunduqları zoomorf
ele­ment­lərin özəl təsvir üslubu baxımından da baş­
qalarından seçilirlər. Ördək, göyərçin, bir qayda ola­
raq, real şəkildə toxunur. Lakin klassik “Qaraqaşlı”,
“Zeyvə” xalçalarında isə təsvir edilən əsas ele­mentlər
quş təsvirlərinin stilizə edilmiş mücərrəd həndəsi for­
mada olduğu aşkar müşahidə olunur.
“Qaraqaşlı” xalçasında iki paralel cərgədə toxunub
“sacayaq” adı ilə tanınan element uzun illər təd­qi­
qatçılar tərəfindən atəş­pərəstlik dövründən gü­nü­
müzədək yadigar qalmış odla bağlı simvol kimi qəbul
edilirdi. Lakin bu naxış və onun çoxlu variantları mü­
qayisəli şəkildə diqqətlə tədqiq edilərsə, “sacayaq”
mo­tivinin təməlinin quş elementi üzərində qurulduğu
aş­kar görünər. Təbii ki, bu motiv ilkin formasını çox­
dan dəyişmişdir. Real təsvirdən abstrakt formaya keç­
miş və xalça ustalarının fərdi yaradıcılığından asılı ola­
raq müxtəlif bədii üslublarda toxunurlar. Baş hissəsi
Azərbaycan xalçaları / QUBA QRUPU
İpək tikmə. XVII əsr. Quba qrupu. Azərbaycan.
Şəxsi kolleksiyadan.
Yunun çırpılması. Quba.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...84