21
Quba xalçalarında toxunan naxışlar bir qayda olaraq həndəsi,
eyni zamanda ornamental bədii üslubda icra edilirlər. İnanc­lar,
ayinlər, miflər, ən qədim yazılar, Tanrı, sokral dünya, kainat haq­
qında fəlsəfi düşüncələr, ibadət, insanların yaşam tərzi – budur
həndəsi naxışların simvolik anlamı. Bu gün Quba xalçalarında
qan yaddaşından irəli gələrək toxunan qədim Orxon-Yenisey ya­
zılarının izləri özünü göstərir. Qubanın “Qımıl”, “Qonaqkənd”,
“Sırt-Çiçi” və s. xovlu xal­çalarında, əsasən, haşiyə zolaqlarında
tez-tez rast gəlinən çarpaz “X” formalı həndəsi elementlər qədim
türk əlifbasında “Di” səsini ifadə edir. Tarix boyu təkmilləşərək
günümüzədək gəlib çatmış bu naxışlar artıq xalqımızın özü­nü­
ifadəsi simvoluna çevrilmişdir.
Üçbucaq, romb, svastika (xaç), dolanbac (ziqzaq), səkkizbucaqlı
ul­duz kimi həndəsi naxışlar Quba xalçalarında ənənəvi olaraq
nə­sildən-nəslə keçərək damğalar şəklində geniş yayılmışdır.
Yarandığı gündən bəri tarixinmüəyyəndövrünükeçmiş həndəsi
ornamentlər, sonralar öz ilkin yaranma formalarını dəyişsələr də
onlar əsas, bəzən isə kiçik doldurucu motivlərdə yaşayırlar. Quba
xalçalarında bu gün də toxunan ən qədim motiv – bərabər ölçülü
çıxıntıları olan xaçabənzər elementlərdir. Sözsüz ki, bu element
daha sonralar “svastika” motivinin meydana çıxmasına təməl
qoymuşdur.
İbtidai dövrlərdə xaçabənzər, sonralar “svastika” və müxtəlif
şə­killərdə dəyişən bu naxış günəş diskinin optik təsvirini, işıq
mən­bəyinin simvolunu əks etdirmişdir. Qədim insan günəşi
mərkəzdə, vahid kəsişmə nöqtəsində təsəvvür edərək ondan
paylanan şüaları “xaç” formasında ifadə etmişdir. Bəzən bu
naxış əbədi həyat simvolu kimi qə qəbul olunub. “Svas­tika”nı
təşkil edən dörd çıxıntı isə - od, alov, torpaq və sudan ibarət olan
dörd ünsürlə əlaqəlidir.
Bu gün Quba xalçalarında yaşayan “svastika” təsviri həm
haşiyə zolaqlarında, həm xalçanın yerliyində, həm də ortada
Azərbaycan xalçaları / QUBA QRUPU
“Əjdahalı” xalçasından fraqment. Yun. Xovlu.
XVII-XVIII əsrlər. Quba qrupu. Azərbaycan.
“Viktoriya və Albert” muzeyi. London.
Toxucu qadın. XX əsrin əvvəli. Quba.
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...84