20
1926-cı ilin 23-24 mart tarixlərində Qafqaz Dövlət Ticarəti (Zakqostoq) Təşkilatının Azərbaycan
şöbəsi tərəfindən toxuculuğun geniş yayıldığı Quba bölgəsində xalça sənətinə həsr edilmiş “Xalq
sənəti bayramı” sərgisi təşkil edilmişdir. Məhz bu bayramın Qubada keçirilməsinin bölgənin toxu­
culuq ənənələrinin gələcəkdə daha da inkişafına təkan verəcəyi nəzərdə tutulurdu. Sərgidə nümayiş
etdirilən 200-dən artıq nəfis xalçadan Qaraqaşlı, Çiçi, Qırız, Pirəbədil, Qonaqkənd, Zey­və toxuculuq
məntəqələrində toxunan 10 xalçaya mükafat verilmişdir. I, II, III yerləri Pirəbədil kəndində toxunmuş
xalçalar qazanmışdır. Xalça toxucusu Zibeydə Yarməmmədova isə seçilən xalçası ilə birincilik qazan­
mışdır. Bu gün öz vətənindən uzaqda müxtəlif dünya muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan
Azərbaycan xalçaları, o cümlədən Quba xalçaları xalq sənətinin nadir inciləri kimi bəşəri mədəniyyətdə
dərin izlər qoymuşdur.
Quba qrupuna daxil olan klassik xalçalar yığcam kompozisiyaları ilə seçilir. Burada toxunan bəzi
uzunsov yolluqlar rit­mik şəkildə təkrarlanan səpmə elementlərlə bəzədilir. Quba xalçalarında olan na­
xış həlli müxtəlifdir. Bu ecazkar naxış­lar xalçaların emosional tə­sir gücünü artırır. Xalçalardakı bəzək
elementləri xalqımızın erkən dini-mifoloji və mistik təsəvvürlərini əks etdirirlər. Hər bir xalçanın öz
bədii quruluşu olduğu kimi, hər bir naxışın da öz mənası və yozumu var­dır. Bu, məkanın canlı təbiətini
rənglərin və naxışların dili ilə özündə yaşadan xalçalarda şər qüvvələrdən qorunmaq, xeyir-bə­rəkət,
müqəddəslik simvolu olaraq toxunan rəmzi işarələr, “buynuz”, “miqraz” (qayçı), tənək yarpaqları,
çiçəklər, “sa­cayağı”, dəvə, iki başlı bir bədənli, başı taclı mifoloji quşlar, “əjdaha” kimi əfsanəvi obraz­
lar və s. incə ilmələrin dili ilə bəzən göllərin əhatəsində, bəzən isə rapportlar şəklində təkrarlanaraq
ahəngdarlıq yaradırlar.
Xalça fraqmenti. Yun. Xovlu. 1800-1850-ci illər. Quba qrupu. Azərbaycan.
“Viktoriya və Albert” muzeyi. London.
1...,12,13,14,15,16,17,18,19,20,21 23,24,25,26,27,28,29,30,31,32,...84