22
Xalça fraqmenti. Yun. Xovlu. XIX əsr.
Quba qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
yer­ləşən göl­lərin mərkəzində ənənəyə uyğun toxun­
maqdadır. Quba xalça qrupuna daxil olan xalçaların
hər birində bu element özünəməxsus üs­lub tərzində
icra edilib. Qubanın “sumax” xalçalarında ara sa­hə­
nin əsas bəzək elementi olan gölü ta­mamlayan motiv
kimi klassik “Zeyxur”, “Qollu-Çiçi” xalçalarında gö­
lün mərkəzində toxunan bə­zək elementi şəklində çı­­xış
edir. Bəzi toxucular tərəfindən bu naxış “çərxi-fələk” və
ya “çarx” adlandırılır.
İnsanlara həyat verən günəş simvolu – “svastika”
(xa­çabənzər mo­tiv) bolluq rəmzi sayılan “romb”la eyni
dövrdə, e. ə. I minil­likdə və eyni mənşədən meydana
gəlmişlər. Belə ki, təsərrüfatla məşğul olan maldar
tayfaları arasında bolluq, məh­suldarlıq, artım onların
ömür boyu can atdıqları xoşbəxt həyat tərzi, onları
müşayiət edən ən ümdə arzular idi. Quba xalçalarının
əksər nü­munələrində ya əsas göl elementi şəklində və
ya doldurucu element kimi to­xunan “romb” təsviri
həyatın başlanğı­cı, qadın məh­sul­darlığını bildirən
elementdir. Bu elementdən ək­sər Quba xalçalarının
mərkəzində istifa­də edilir. Xovsuz “sumax” və xovlu
“Şahnəzərli” və “Alpan” kimi xalçalar buna örnək ola
bi­lər.
“Romb” bəşəri mahiyyət kəsb edən elementdir. Yə­
ni, artım rəm­zi olan sadə dördbucaqlı romblar son­
rakı dövrlərdə insanlar tərəfindən münbitlik, bolluq,
məhsuldarlıq kimi magik mənada qəbul edilərək ətraf­
ları qarmaqlarla bəzədilib. Bu ənənə Quba to­xuculuq
sənətində çox geniş yayılmış və müasir günədək da­
vam etməkdədir.
Qubanın “sumax” xovsuz xalçalarında və bu texnika­
da toxunan xalça məmulatlarında ətrafları qarmaqlarla
bəzədilmiş romb formalı göllər türk xalqlarına mənsub
olan oğuz tayfalarının onqonu sayıla bilər. Qarmaq
elementləri xalq arasında – “dırnaq” və ya “caynaq”
adlanıb, ov quşlarının rəmzi obrazını xatırladır.
İslamaqədərki incəsənətdə yırtıcı ov quşları mövzu­
su geniş ya­yılmışdır. Yəni qüvvətlinin zəif üzərində
qələbəsi mövzusu quşların rəmzi təsviri yolu ilə on­
qonlardan heraldik məziyyətli məzmunlaradək inki­
şaf etmiş, bütöv bir obrazın hissələrlə bədii ifadəsi yad
nəzərlər üçün müəmmalı, onun yaradıcıları üçün isə
öz aydınlığını qoruyub saxlamışdır.
“Romb” elementinin Azərbaycan xalçalarında xeyli
izləri vardır. Quba xalça qrupunda “romb” köməkçi –
doldurucu ele­ment olmaqla yanaşı, həmçinin də əsas
element kimi “göl” formasında toxunur.
“Göl” elementiAzərbaycanda xalçanı təşkil edən əsas
tərtibat motividir. Onun bu adı daşıması da təsadüfi
deyildir. Xalça üzə­rində ara sahənin səthini isti, quru
təbiəti olan düzlərlə mü­qa­yisə etsək, gölün xalq üçün
hansı müqəddəs məna kəsb etdiyini təsəvvür etmək
olar. Quba xalçalarında “göl” bəzək elementi müxtəlif
formalarda olur. O, insanların dünyagö­rüşünü naxış­
lar vasitəsilə əks etdirir və xalq arasında “xonça”, “tu­
runc”, “tabaq”, “medalyon” və “göl” kimi adlar daşıyır.
Quba xalçalarını bəzəyən çoxsaylı naxışlar içərisində
qadın, uşaq və kişi obrazlarına rast gəlmək mümkün­
1...,14,15,16,17,18,19,20,21,22,23 25,26,27,28,29,30,31,32,33,34,...84