18
Təcrübəli boyaqçılar min illər boyu müx­
təlif bitkilərin kök, kökümsov, gövdə, bu­
daq, qabıq, yarpaq, çiçək, toxum, mey­və
və giləmeyvələrini toplayıb boyaq məh­lu­lu
ha­zırlamış, ipək və pam­bıq parçaları, xal­
ça­çılıqda işlədilən yun ip­lə­ri və ipək sa­p­la­
rı gözəl, parlaq və solmaz rəng çalar­ları ilə
bo­yamışlar. Şirvanda toxunmuş xal­ça­lar­ın
və xalça məmulatlarının əsas xü­su­siy­yət­lə­
rindən biri onların rəngarəngliyi, bo­yaq­la­
rın solmazlığı və parlaqlığıdır.
Azərbaycan florasında 1500-dən artıq boyaq bitkisi möv­
cuddur ki, onun yüzdən çoxundan toxuculuqda istifadə edi­
lir (boyaqotu, sa­rağan, sumax, narınc, maklyura, sarı rezedan,
dəliçətənə, yapon so­forası, qoz, nar, zirinc, palıd, şabalıd və
s.). Dəliçətənədən limo­nu-sarı, qızılı-sarı, sarı-narıncı, ya­şıl,
tü­tünü, mixəyi, açıq-qəh­və­yi, qəhvəyi və s. rəng və ça­lar­la­
rı almaq mümkündür. Şirvan sə­nət­­karları bu boyaq mad­də­
sini Lənkəran, Astara və Zaqataladan alır­dılar. Vaxtilə də­li­
çətənəni hektarlarla sahələrdə əkib ondan tə­bii boyaq xam­
malı kimi yun iplərin boyanmasında geniş istifadə et­mişlər.
Dəliçətənə xalçaçılıq sənayesində istifadəsi mümkün olan ən
qiy­mətli boyaq xammallarından biridir.
Dünya florasında 150-yə qədər əvəlik növü vardır. Bu növ­
lərdən 17-si Azərbaycanda bitir. Toxuculuqda əvəliyin yum­
rukök əvəlik, qalxanvarı əvəlik, qumral əvəlik, at əvəliyi və
s. növlərindən no­xu­du, açıq-sarı, narıncı, açıq-qəhvəyi və s.
rəng­lər almaq olur.
Xalçaçılıqda istifadə edilən boyaq bitkilərindən biri də
mur­­dar­çadır. Şirvan bölgəsində ishal murdarça nisbətən qu­
ru yerlərdə, çay sahillərinin daşlı terraslarında, kolluqlarda,
sey­rəlmiş meşələrdə və digər ağac və kol bitkiləri ilə birlik­
də bi­tir. İshal murdarçanın yetişmiş meyvələrindən “bitki
ya­şılı”, çox dəymiş meyvələrindən tünd-yaşıl, yetişməmiş
mey­vələrindən sarı boyaq alınır. Təzə qa­bı­ğından əlvan-sarı,
qu­­rudulmuş qabığından qəhvəyi rəngli boyaqlar hazırlanır.
Mur­­darçanın 1kq tozundan alınan boyaq tozu 15-20 kq ipin
boyanması üçün kifayət edir.
Xalça ticarəti.
Şamaxı.
Qoyun qırxımı.
Məfrəş üzü. Yun. Xovsuz. XIX əsr.
Şirvan qrupu. Azərbaycan.
Xalça fraqmenti. Yun. Xovlu. XIX əsr.
Şirvan qrupu. Azərbaycan.
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...76