23
Azərbaycan xalçaları / şİRVAN QRUPU
adamın və yaxud “yallı” gedən adamların təsvir edildiyi
xal­çaları nümunə göstərmək olar. İnsan əzalarını təsvir
edən elementlər bəzən ritual icrası şəklində işlənilirdi.
“Mərəzə” xalçalarında toxucular arasında “əl-ələ” adlanan
kom­pozisiya çox maraqlıdır. Bu xalçalarda bir-birinin ar­
dınca təsvir edilən kişi və qadın fiqurları Azərbaycanın
mil­li rəqsi olan yallı kimi yozulur. “Mərəzə” xalçaları üçün
xarakterik olan bu ele­mentlər Qobustandakı qədim qaya
təsvirlərində də üstünlük təşkil edir.
Xalça elementlərində məməlilər, sürünənlər, quşlar, hə­
şəratlar da təsvir edilirdi. Bu təsvirlərin çoxu bəzən hədsiz
dərəcədə şərti ol­duğu üçün ifadə etdiyi məzmunu itirir. To­
xucular xalçalarda əf­sanəvi və az gördükləri heyvanlardan
daha çox həyatda tez-tez gördükləri heyvanatın, xüsusən
ev heyvanlarının (at, dəvə, qoyun, it, pişik, ördək, quş və
s.) və həşəratın şəkillərini əks etdirmişlər. “Qa­bıstan” xal­
çalarında stilizə edilmiş “arı” elementləri xalq ara­sında
xe­yir və bolluq rəmzi kimi yozulur. Arı elementlərinə bu
xal­çaların ara sahəsində təsvir edilən medalyonların uc his­
səsində də (yəni sonunda) təsadüf edilir. Bu xalçaların ara
sahəsindəki bu­ludların hər iki qulpunda təsvir edilən arı
ele­mentləri davamlı su­rətdə işlədilir.
XIX əsrin əvvəllərində toxunan “Qabıstan” xalçalarındakı
ele­mentlər aradan iki əsr keçməsinə baxmayaraq, bu gün
də dəyişməz olaraq toxunur. Bəzən iki göldən ibarət olan
xalçalarda arıları “pə­tək” elementləri əvəz edir.
“Ərçiman” xalçalarının ara sahəsində göllərin kənar hissə­
lərində insan, heyvan və quş təsvirləri boşluq olan sahələrdə
doldurucu ele­ment kimi təsvir edilir. İstər “təkgöl”, istərsə
də “cütgöl” (qo­şa­göl) xalçalarda bu təsvirlərə rast gəlinir.
Şirvan xalçalarında ara sahənin kənarlarında təsvir edi­
lən böyük dilim-dilim elementlər “kəpənək” adlandırılır.
Qə­dim dövrlərdə to­xunan mürəkkəb kompozisiyalı Şirvan
xal­çalarında insan və hey­van təsvirləri daha çox olur.
“Qəşəd” xalçalarının ara sahəsində təsvir edilən dilim-
di­­lim for­mada xalçayabənzər dördkünc element “çadır”,
onun döv­rəsindəki elementlər isə ev heyvanlarının ota­rıl­
ması kimi yozulur. Ara sahəsindəki boşluq “çəmənlik” ki­mi
yozulur. Bəzi “Qəşəd” xal­çalarının dördbucaqlarında üz­
bəüz yerləşdirilən ördək, qaz, yaxud qoyun-keçi təsvirləri
var­dır. Bu stilləşmiş təsvirlər üfüqi-simmetrik və şaquli
asim­metrik olurlar.
“Hacıqabul” xalçalarında orta ölçülü tək göllərin kənar­
larında to­vuzquşu, qaz, qarğayabənzər elementlərə, tula və
insan təs­vir­lə­rinə tez-tez təsadüf edilir. Təbiidir ki, bu ele­
mentlərin hər biri vaxtilə simvolik mənaya malik ol­muşdur.
Hələ qədim dövrlərdə Yaxın və Orta Şərqdə, o cümlədən
Azər­baycanda müqəddəs heyvan (qoyun, keçi, maral, çəlik)
təsvirləri hey­vandarlıq və əkinçiliklə bağlı idisə, sonralar bu
təsvirlər mü­yyən bir tayfanın totemi, yaxud astroloji bürc
olmuş və ya müx­təlif anlayışlı simvolik mənalar daşımışdır.
“Salyan” adlanan xalçalarda üz-üzə dayanan qoşa quş
təs­­virləri çox diqqətəlayiqdir. Bu stilləşmiş quş təsvirləri
“mə­həbbət”, xal­çayabənzər göl elementləri isə bütün Şərq
xalq­larının, o cümlədən azərbaycanlıların dini inamında
in­­san həyatı üçün vacib olan “dörd ünsür” (su, od, torpaq,
hava) rəmzi kimi yozulur. Bu qrupa daxil olan “Salyan xi­
ləsi” adlanan xalçalarda da dördayaqlı heyvan (dördayaqlı
olmasına baxmayaraq, quş kimi yozulur) təsvirlərinə təsadüf
edilir. “Salyan xiləsi” ad­landırılan xal­çaların elementləri Qu­
ba qrupuna daxil olan “Qədim minarə” xal­çalarından gö­tü­
rüldüyü üçün göstərilən adla çox toxunmamışdır.
“Cəyirli” xalçalarının ara sahəsində “açma-yumma”, ya­
xud sənət­şünasların təbirincə desək, “bəndi-rumi” ad­lan­
dı­rılan kom­pozisiya quruluşu xalçaya xüsusi görünüş gə­
ti­rir. Bu xalçalarda mərkəzi şaquli oxların sağ və solunda
“ördək” ele­mentləri, həmçinin ara sa­hədə sağ və solda ila­
nabənzər elementlər təsvir edilir. Bu qrupun “Şirvan” ad­
lanan xal­çalarıında “Çanaqlı bağa” (tısbağa) elementləri
Şamaxı. Məlhəm
kəndində xalça toxuyan qadın.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...76