22
Şa­maxı şəhəri olmuşdur. Sonralar sumaxlar Azərbaycanın
digər bölgələrində və Dağıstanda da toxun­muş­dur.
“Sumax” xalçasının adı Şamaxı toponimi ilə əla­qələndirilir.
Tarixi mənbələrdə tez-tez adı çəkilən “məxfur” adlı xal­
ça mə­mu­latı Şirvan bölgəsində geniş yayılmışdır. Bu növ
xov­suz xalça da ilk dəfə Şirvan bölgəsində toxunmuşdur.
Sonralar bu texnikanınsirləriAzərbaycanındigər bölgələrinə
və Orta Asiyaya, xüsusilə Səmərqəndə yayılmışdır.
Orta əsrlərdə toxunmuş, qızıl, gümüş saplar və qiymətli
daş­lar işlənmiş xalçalar “məxfur” adlanırdı. Şirvan toxu­
cu­ları məxfuru to­xuyarkən xovlu və xovsuz texnikadan is­
tifadə edirdilər. Bu növ xal­çaların yerliyi “palas” texnikası,
naxışları xovlu texnika ilə bə­zilərinin isə yerliyi mürəkkəb
dolama və yaxud “qayıq” texnikası ilə, naxışları xovlu tex­
nika ilə toxunurdu. Türkmənistanda toxunan “Yolam” adlı
məişət əşyası da bu növ texnika ilə toxunur.
Şirvanda medalyonlu xalçalar çox geniş yayılmışdır. Bu
qru­pun medalyonlu xalçalarına “Şirvan”, “Cəmcəmli”,
“Ər­çiman”, “Qə­şəd”, “Hacıqabul”, “Qəbələ”, “Na­bur”,
“Şilyan” kom­po­zi­siyalı xalçalar daxildir. “Ərçiman” xal­
çalarının ara sahə kom­po­zisiyası şaquli mər­kəz oxu üzə­
rində yerləşən bir neçə göldən ibarətdir. Ərçiman xal­çaları
üçün xarakterik olan göllər, əsasən, şa­quli is­tiqamətdə bir
sırada yerləşdirilən bir neçə göldən iba­rət­dir. Bəzən iki göl
sırası olan “Ərçiman” xalçalarına da rast gəlmək olur.
Şirvan qrupuna daxil olan xalçalarda ara sahədə üfüqi
xətt üzrə simmetrik kompozisiyalar iki böyük gölə bö­
lünmüşdür. Həndəsi formalı medalyonlu xalçalar bütün
dövrlərdə istər yerli əhalinin, istərsə də əcnəbilərin alıcılıq
marağını artırmışdır. Bu gün də bu tipli xalçalara maraq di­
gər xalçalardan daha çoxdur.
Şirvan qrupuna daxil olan, XIX əsrdə toxunmuş “Şamaxı”
adlan­dırılan xalçalarda palmet ornamentinin çox maraqlı
bir nümunəsi vardır. Göy yerlikli bu xalçada üfüqi xətt
boyunca palmettala­rın yeddi sırası yerləşdirilmiş, bun­la­
rın daxili ornamenti qismində isə sərv ağacları təsvir edil­
miş­dir. Azərbaycan dekorativ-tətbiqi sə­nətinin müxtəlif
sa­hələrində, o cümlədən xalçalarda işlədilən müx­təlif öl­
çü­lü sərv ağacının təsvirinə əjdahalı xalçalarda da rast gəl­
mək olar. XX əsrin əvvəllərində Şirvanda toxunmuş “Şa­
maxı” xalçalarında palmettalar ölçücə nisbətən böyüyür.
Onlardakı sərv ağacları daha artıq stilizə olunur.
Şirvanda toxunan xalçalar arasında qapalı kompozisiyalı
xal­çalar da mövcuddur. Bu xalçalara xüsusi ibadət xal­çala­
rı − namaz­lıqlar daxildir. Burada toxunmuş namazlıq xal­
çalarda ənənəvi kom­po­zisiyalardan istifadə edilmişdir. Bu
tipli xalçalarda meh­rabla­rın təsviri “Sor-sor” və “Qabıstan”
adlananxalçalarınqar­şılıqlı çar­paz­laşankompozisiyalarında
da vardır. Şirvan bölgəsində böyük öl­çülü, enli (kollektiv
ibadət üçün) namazlıqlar da toxunmuşdur.
Bu tip­li xalçalarda “Qəbələ” və “Mərəzə”
kompozisiyalarından istifadə edilir.
XIX əsrin sonlarında Şirvanda toxunmuş
namazlıq xalçalarında ümumi kompozisi­
ya stilizə edilərək müstəqil ornamental
mo­­tivə− medalyona çevrilir və bu motiv
bü­tün xalça boyunca təkrarlanır, bir söz­lə
to­xuculuq ənənəsi bərqərar olmağa baş­la­
yır. Şirvan xal­çalarında çoxsaylı buta mo­
tivləri işlənmişdir. Bu qrupa daxil olan
xal­­çalarda “Cıqqabuta”, “Gülabdanbuta”,
“Ba­labuta”, “Hör­məbuta”, “Badambuta”,
“Şir­vanbuta” və s. motivlərinə rast gəlinir.
Bit­ki motivlərindən “çölotu”, “meşəqozu”,
“şükufə”, “nargülü”, “güləbətin”, “sünbül”,
“ağac”, “almagülü”, “üzüm”, “meynə yar­
pa­­ğı”, “dəstəgül”, “günəbaxan”, “hey­va­gü­
lü”, “nar”, “qoza”, “palıd yar­pağı” və “zan­
baq” motivləri işlənmişdir.
Şirvan xalçalarında “pəncərə”, “dörd­tox­
ma,” “dişlipərə”, “qət­dan”, “cıqqa”, “bö­
yük­xal”, “küpə”, “çarx”, “kaşı”, “damğa”,
“ta­ğalağ” (cəhrə hissəsidir), “dırnaqlı”
(qə­­dim yunan motivlərini xa­tırladır), “çı­
raq”, “yüyrük” (xəyal və arzu rəmzi kimi
yo­zulur), “fır-fıra”, “di­likli”, “sırğa”, “də­
mir­ma­şa”, “tuğ”, “toy bəzəyi”, “qay­çı”,
“sün­­bül­daraq”, “zülfələm”, “çaxmaq” və s.
mo­tiv­lər iş­lə­di­lir.
Əsrlər boyu bu bölgənin xalçalarının üzərində təsvir
edilən insan, heyvan və həşərat təsvirləri dəyişərək, eyni
zamanda, inkişaf edərək bədii tərtibat keyfiyyətinin yüksək
zirvəsinə çatmışdır. Şirvan bölgəsinin xalçalarında insan,
hey­van, quş və həşərat təs­virlərinə Quba və Bakı qrupu­
na daxil olan xalçalara nisbətən da­ha çox rast gəlinir. Xalça
ustaları xovsuz və xovlu texnika ilə toxunan xalçaların bədii
tərtibatında təsvirləri məharətlə iş­ləmişlər. Toxucular stilizə
edilmiş insan təsvirlərinəmümkünqə­dərgenişyervermişlər.
Bu təsvirlərin stilləşməsi xarici aləmi əks etdirmək səyi ilə
birgə, başqa xalçatoxuma texnikasından da asılı olmuşdur.
Canlıların təsvirləri xalçaların kompozisiyasında, əsasən,
doldurucu elementlər kimi çıxış etmişdir.
İnsan təsvirləri yalnız bütöv fiqur şəklində deyil, eyni za­
manda, insan əzaları (göz, əl, bığ və s.) şəklində də mü­şa­
hi­də olunur. Bun­dan başqa təsvirlər bəzən bu və ya digər
bir iş prosesini də gös­tərir. Buna əlində dəsmal rəqs edən
Çeşidli kilimlərin satışı.
1...,14,15,16,17,18,19,20,21,22,23 25,26,27,28,29,30,31,32,33,34,...76