28
Haşiyənin yuxarı hissəsində, sağ küncdə Hafiz Şirazinin təsviri verilir.
Məhəmməd Hafiz Şirazi (təqr. 1325-1389) dövrünə görə mükəmməl təhsil
görmüş bir şəxs olub. Müstəsna yaddaşı olan Hafiz Quranı əzbər bilirdi. Lirik
şair kimi şöhrət tapmış Hafizin ölümündən sonra toplanıb tərtib olunmuş divanı
dəfələrlə köçürülmüş və çap edilmişdir. Ondan sonra gələn bütün sənətkarlar
və alimlər Hafizin şeirlərinə çox yüksək qiymət vermişlər.
Haşiyənin yuxarı və aşağı hissəsində mərkəzdə Huşəngin təsviri vardır.
Huşəng əfsanəvi Pişdadiyan sülaləsinin ikinci şahı olub. Siyaməkin oğlu, I
Kəyumərsin isə nəvəsi idi. Atası Siyamək o dövrün vəhşi varlıqları olan divlərlə
döyüşdə həlak olduğundan babası Kəyumərs onu həmin divlərlə müharibəyə
göndərir. Huşəng divləri məğlub edir və Kəyumərsdən sonra taxta çıxır və qırx
il şahlıq edir.
Sol haşiyədə mərkəzdən bir qədər yuxarı hissədə Müslümin təsviri verilib.
Müslüm əfsanələrə görə Pişdadiyan sülaləsinin beşinci şahı olmuşdur. Firi-
dunun üç oğlundan biridir. Firidun öz ölkəsini oğlanları arasında bölərək Rum
elini və Şərq torpaqlarını böyük oğlu olan Müslümə verir. Müslüm isə qardaşı
Tur ilə əlbir olub İran torpaqlarına sahib olmuş kiçik qardaşı İrəci öldürürlər.
Sağ haşiyədə mərkəzdən bir qədər yuxarı hissədə İrəcin təsviri vardır. İrəc
İranın Əfsanəvi şahlarından biri, Cəmşidin nəvəsi, Pişdadiyan sülaləsinin
altıncı hökmdarı Firidunun üçüncü oğludur. Firidun öz mülkünü üç oğlu
arasında bölərək İran ərazisini İrəcə vermişdir. Qardaşlar Müslüm və Tur bu
bölgüdən narazı qalaraq paxıllıqdan İrəci öldürmüşlər. Firidun da qeyzlənərək
Müslüm və Turu öldürərək İrəcin oğlu Mənuçehri özünə vəliəhd təyin etmişdir
Sol haşiyədə mərkəzdən bir qədər aşağı hissədə Sultan Mahmudun təsviri
veril­mişdir.
Sultan Mahmud Qəznəvi-Qəznəvilər dövlətinin banisi olmuşdur. 997- ci
ildən 1030-cu ilə qədər hakimiyyətdə olmuşdur. Şərqi İranı Türküstanı və
Hindistanın şimal hissəsini zəbt edib, böyük bir dövlət yaratmışdır. O həmin
ölkələri qarət edə­rək sarayına böyük sərvət toplamışdır. Firdovsi “Şahnamə”
əsərini onun sifarişi ilə yazmışdır. 33 il hökmdarlıq edən Sultan Mahmud 51
yaşında xəstəlikdən vəfat et­miş­dir.
Sol haşiyənin aşağı küncündə Baba Tahirin təsviri vardır. Deyilənə görə,
lüt gəzdiyi­nə görə ləqəbi Üryan olmuşdur. Baba Tahir Üryan Həmadani
(təqr. 1000‒1055) XI əs­rin məşhur sufi şairlərindən biridir. Həyatı haqqında
məlumat çox azdır. Əsərlərindən dövrümüzə gəlib çatanı ərəb dilində olan bir
məcmuədir ki, sufi əqidəsində olan aforizimlərdən ibarətdir və bir də arifanə
tərzdə yazılmış gözəl dübeytilərdən ibarət olan bir məcmuədir.
Dübeytilər lor ləhcəsində yazılmışdır. Bu divanda onun 354 rübaisi və 4
qəzəli var­dır.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...84